Xəbər lenti
Kişida Kim Çen Inla ilkin şərtlər olmadan görüşməyə hazırdır

Yaponiyanın baş naziri Fumio Kişida Şimali Koreya lideri Kim Çen In ilə ilkin şərtlər olmadan görüşməyə hazırdır.
Manevr.az xəbər verir ki, bunu sentyabrın 16-da Tokioda keçirilən mətbuat konfransında Yaponiya Nazirlər Kabinetinin baş katibi Hirokazu Matsuno bəyan edib.
“Ölkəmiz ardıcıl olaraq Yaponiya-Şimali Koreya Bəyannaməsi (2002) əsasında Şimali Koreya tərəfindən oğurlanan Yaponiya vətəndaşlarının, nüvə və raket problemlərinin hərtərəfli həllinin tərəfdarıdır. Uğursuz keçmişin üstündən xətt çəkərək münasibətlərin normallaşmasına çalışırıq. Bu istiqamət dəyişməzdir. Biz oğurlanan vətəndaşlarımızın tezliklə vətənlərinə qayıtması üçün bütün tədbirləri görməyə hazırıq”, - deyə baş katib bildirib.
Rəsmi Tokionun bildirdiyinə görə, Şimali Koreyanın xüsusi xidmət orqanları ötən əsrin 70-ci illərində 17 Yaponiya vətəndaşını oğurlasa da, yalnız 13 nəfər barədə bu fakt təsdiq edilib. Onlardan beşi sabiq baş nazir Centaro Koidzuminin 2002-ci və 2004-cü illərdə Şimali Koreyaya səfərlərindən sonra Yaponiyaya qaytarılıb. Şimal Koreya tərəfinin bildirdiyinə görə daha səkkiz nəfər həlak olub. Yaponiya təqdim edilən sübutları saxta hesab edərək girovların hamısının qaytarılmasını tələb edir.(AZƏRTAC)

Manevr.az
Xəbəri paylaş
Çox oxunanlar
Son yüklənənlər

Axtarış
Reklam

Kriminal
Şou-biznes
Yazarlar
Emil Rasimoğlu
Emil Rasimoğlu
Emil Rasimoğlu
Cahangir NAMAZOV
-Təranə Dəmir
- Sevil Nuriyeva
Emil Rasimoğlu
Sorğu
Portalımızı dəyərləndirin.
Çox oxunanlar