Sizin Reklam Burada
Xəbər lenti
23-12-2024
22-12-2024
BÜTÜN XƏBƏRLƏR

“Sonuncu təxribatın baiskarı Rusiyadır” - Açıqlama

Tarix: 15-09-2022 16:28     Baxış: 3303 A- / A+

“Hər hansı yüngülvarı pozulma qeydə alına bilər, amma inanmıram ki, vəziyyət yenidən bu dərəcədə kəskinləşsin”.
Manevr.az xəbər verir ki, bu sözləri yenisabah.az-a açıqlamasında siyasi şərhçi Teymur Qasımlı deyib. O, Azərbaycan-Ermənistan sərhədində elan olunan atəşkəsin yenidən pozulma ehtimalını dəyərləndirib:
“Atəşkəsin davamlı olacağına inanmıram. Çünki bu, həmişəki kimi Rusiyanın oyunudur. Səmərqənd görüşündən sonra hər şey açıqlanacaq. Amma Ermənistan Təhlükəsizlik Şurasının katibi Armen Qriqoryanın sözlərindən belə başa düşdüm ki, atəşkəs beynəlxalq missiyanın dəstəyi ilə elan olunub. Hər hansı yüngülvarı pozulma qeydə alına bilər, amma inanmıram ki, vəziyyət yenidən bu dərəcədə kəskinləşsin. Çünki bütün dünya hər iki tərəfi sülhə çağırır. Ona görə də Səmərqənd görüşündən çox şey asılıdır”.
Nikol Paşinyanın sülh masasına oturma ehtimalını şərh edən müsahibimiz Ermənistan baş nazirinin ötən gün 2 fərqli mövqeyini xatırladıb:
“Sonuncu sərhəd təxribatının əsas səbəbi, eləcə də sülh masasının dağılmasının baiskarı Rusiyadır. Onun ən böyük arzusu Ermənistanın digər sərhədlərini də qorumaqdır. 1992-ci ilin 27 sentyabrından Ermənistan-İran sərhədini qoruduqları kimi... Məhz buna görə Paşinyan Səmərqəndə getmədi”.
“Dünən Ermənistanın XİN rəhbəri Ararat Mirzoyan dedi ki, azərbaycanlı həmkarı Ceyhun Bayramovla görüş olacaq, amma yeri və günü açıqlamayıb. Qısacası, masaya oturma ola bilər, amma hələlik masada nəyinsə uğur olacağına inanmıram”, – deyə siyasi analitik fikirlərini tamamlayıb.

Manevr.az

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Dekabr 2024    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
23242526272829
3031 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar