Sizin Reklam Burada
Xəbər lenti
23-12-2024
22-12-2024
BÜTÜN XƏBƏRLƏR

“İran ermənilərin qayğısına belə qalırsa, onlara xüsusi region ayırsın” - Fazil Mustafa

Tarix: 13-09-2022 18:15     Baxış: 3320 A- / A+

“İranın Ermənistan üçün ən yaxşı addımı ermənilərin İrana köçürülməsi olar”.
Manevr.az xəbər verir ki, bu sözləri İranın Ermənistanın təhlükəsizliyi ilə bağlı verdiyi bəyanata cavab olaraq millət vəkili Fazil Mustafa "Ednews"-a açıqlamasında bildirib. O, qeyd edib ki, əgər İran bu qədər ermənilərin qayğısına qalırsa, bunun üçün İranın daxilində onlara xüsusi region hədiyyə etsinlər.
“İran ermənilərin təhlükəsizliyini təmin etmək istəyirsə, erməniləri siyahıya alıb birbaşa Ermənistana köçürsünlər. Orada daha yaxşı təhlükəsiz yaşaya bilərlər. Çünki Azərbaycan sərhəddində təxribat törədəndə ordumuz da təxribatın qarşısını almaq məqsədilə onlara zərbə vuracaq. Bunu İran tərəfi istəmirsə, o zaman ermənilərin yaxşılığı üçün ən yaxşı addım ermənilərin toplu şəkildə İrana köçürülməsidir”.
Deputat həmçinin qeyd edib ki, İranda xeyli erməniləşmiş təbəqə var.
“Onlar məscidə gedib namaz qılsalar da, qəlblərində erməni xaçı çevirirlər. Onların ermənilərə olan sevgiləri də göz önündədir. Əgər İran belə sülhə görə narahatdırsa, birinci növbədə sakitliyi özü təmin etməlidir, provokasiya yaratmamalıdır. İran artıq başa düşməlidir ki, sülh adı altında torpaqlar işğal edilirsə, mülki şəxslər hədəfə alınırsa, ordumuz buna hər zaman layiqli cavab verəcək”.

Manevr.az

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Dekabr 2024    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
23242526272829
3031 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar