Xəbər lenti
Putinin ümidləri öldü, Tramp kabusu dövlət başçısını dilə gətirdi

Rusiya prezidenti Vladimir Putin, Donald Trampın prezidentliyi ilə birlikdə Rusiya-ABŞ münasibətlərinin pozulmağa başladığını bildirib.
Əsəd rejiminin Suriyada gerçəkləşdirdiyi kimyəvi hücuma dəstək verdiyi iddiası ilə aralarındakı münasibətləri pisləşən Rusiya prezidenti Vladimir Putin, Rusiya – ABŞ münasibətləri haqda maraqlı açıqlamalar verib.
Suriyada kimyəvi silahdan istifadə edildiyinə dair əlində heç bir dəlil olmayan ABŞ-ın Suriyaya müdaxilə etdiyini dilə gətirən Putin, “ABŞ ilə aramızdakı etibar, xüsusilə də hərbi sahədə heç inkişaf etmədi. Əksinə, Trampla birlikdə ABŞ arasındakı münasibətlərimiz daha da pisləşdi” ifadəsini işlədib. Putin verdiyi reportajda Suriya hökumətinin deyil, Suriyadakı müxaliflərin əllərində kimyəvi silahların olduğunu iddia edib.
Lakin ABŞ-ın Müdafiə Nazirliyinin mətbuat katibi Ceyms Mattis isə Rusiyanı Suriyada həyata keçirdiyi kimyəvi hücumların üzərini ört-basdır etməkdə günahlandırıb. Mattis “Suriya rejiminin İdlibdə zarin qazından istifadə etdiyinə dair heç bir şübhəmiz yoxdur. Əsəd bu hücumu planlaşdırdı, təşkil etdi və sonda həyata keçirtdi” açıqlamasını verib.a24.az
Manevr.az
Xəbəri paylaş
Çox oxunanlar
Son yüklənənlər



Axtarış
Reklam

Yazarlar
Emil Rasimoğlu
Emil Rasimoğlu
Emil Rasimoğlu
Cahangir NAMAZOV
-Təranə Dəmir
- Sevil Nuriyeva
Emil Rasimoğlu
Sorğu
Portalımızı dəyərləndirin.
Çox oxunanlar