Xəbər lenti
Ermənistan ordusu Gədəbəyi niyə atəşə tutur? - RƏY
Son günlər cəbhə xəttində yeni aktivlik müşahidə edilir. Qarabağ rayonlarından sonra Gədəbəyin Novoivanovka kəndi də atəşə tutulur.
Manevr.az xəbər verir ki, bununla bağlı sfera.az-a açıqlama verən beynəlxalq məsələlər üzrə mütəxəssis Əziz Əlibəyli xatırladıb ki, Ermənistan ilk dəfə aktiv olaraq 2020-ci ildə Tovuzda cəbhə xəttini genişləndirməyə cəhd edib və nəticədə 27 sentyabrda müharibə başlayıb:
“İndi hücumların trayektoriyası dəyişib, Ermənistan Qarabağ xəttini özünün dövlət sərhədlərinə çəkir. Bunun nəticəsi isə bizə bir neçə şeyi deməyə əsas verir. Göründüyü kimi, ermənilər 10 noyabr razılaşmasını pozur. İkincisi isə onlar görüşlərin nəticələrinə zərər vururlar. Azərbaycan əvvəlki səbəblər daxil özünün daxili ərazi vahidində müharibə imkanlarını başa çatdırıb”.
Ə.Əlibəyli deyib ki, baş verən atəşkəs pozmaları sərhəddə müharibəyə və Azərbaycanın təhlükəsizliyini təmin etməsi üçün müdaxiləyə əsas verir:
“Bu müdaxilə çox şeyi - sülh müqaviləsini, kəndləri və dəhlizi həll edə bilər. Dəqiq nəsə demək mümkün olmasa da, proseslərin ora doğru getdiyi görünür”.
Manevr.az
Xəbəri paylaş
Çox oxunanlar
Son yüklənənlər
Axtarış
Reklam
İqtisadiyyat
Şou-biznes
Yazarlar
Emil Rasimoğlu
Fərasət Babazadə
İttifaq MİRZƏBƏYLİ
Emil Rasimoğlu
Sevinc QƏRİB
KƏRAMƏT
Sorğu
Portalımızı dəyərləndirin.
Çox oxunanlar