Azərbaycan Ordusunun Kəlbəcərdəki mövqeləri yenidən atəşə tutulub. Bununla düşmən neçənci dəfədir ki, işğaldan azad edilən rayonumuzu intensive atəşə məruz qoyur. Ermənilərin daha çox Kəlbəcəri atəşə tutması isə Ermənistanın hiyləgər xislətindən və planlarından xəbər verir. Bəs niyə məhz Kəlbəcər rayonu daha çox atəşə tutulur? Bunun səbəbləri nədir?
Manevr.az-ın xəbərinə görə, mövzunu konkret.az-a şərh edən hərbi ekspert, ehtiyatda olan zabit Tərlan Eyvazov bildirib ki, ermənilərin bütün münaqişə boyu əsas məqsədi Dağlıq Qarabağdan başqa həm də Kəlbəcərin ələ keçirilməsi olub: “Kəlbəcər işğal edilən rayonlar arasında həm ərazisinə, həm faunasına, həm yeraltı və yerüstü sərvətlərinə, həm də stratejiliyinə görə xüsusi əhəmiyyət kəsb edir. Kəlbəcərin Ermənistanla sərhədə malik olması və dağlıq relyefi bu rayonun əhəmiyyətini daha da artırır. Ermənilərin əlindən qızıl mədənləri və digər sərvətlər çıxdığına görə, onlar Kəlbəcəri daha çox atəşə məruz qoyurlar”.
Hərbi ekspertin sözlərinə görə, digər tərəfdən Kəlbəcərlə Ermənistan arasında olan məsafə yaxındır və onlar atəş açmaqla Azərbaycanı təxribata sürükləməyə çalışırlar: “Belə ki, cavab atəşini Ermənistan sərhədinin pozulması kimi qiymətləndirmək üçün provakasiyalara əl atırlar. Sonra da bundan faydalanaraq MDB-dən yardım istəməyə cəhd göstərəcəklər. Putinin Vladivastok görüşündəki çıxışından sonra ermənilərdə bir ümid yaranıb və ona görə də təxribatları intensivləşdiriblər. Lakin bizim Kəlbəcərdə olan qüvvələrimiz düşmənə layiqli şəkildə cavab verirlər”.
Tərlan Eyvazov əlavə edib ki, istər sülhməramlıların nəzarətində olan ermənilərin, istərsə də Ermənistandakı revanşist qüvvələrin əsas məqsədi azərbaycanlıların işğaldan azad olunan ərazilərə qayıdışını əngəlləməkdir: “İnsanlarımızı qorxutmağa çalışırlar və bizim o ərazilərə köçməyimizi istəmirlər. Çünki azərbaycanlılar öz doğma yurdlarına köçdükdən sonra ermənilərin bütün ümidləri birdəfəlik puç olacaq. Amma indi Rusiyanın münasibətinin dəyişəcəyinə və həmin ərazilərə geri dönəcəklərinə az da olsa ümidlidirlər. Hətta o vaxt 5 rayonun qaytarılması məsələsində də ermənilər heç vaxt Kəlbəcər və Laçının adını çəkmirdilər. Çünki Kəlbəcər çox böyük strateji bir məntəqədir və böyük potensiala malikdir. Lakin gün kimi aydındır ki, heç bir halda onların niyyətləri gerçəkləşməyəcək”.