Xəbər lenti
“Paşinyan yekun sənədə imza atmaq istəmir” - Şok iddia
“Ermənistan-Azərbaycan münasibətlərində bir vacib formulanı unutmamalıyıq”.
Manevr.az xəbər verir ki, bu sözləri yenisabah.az-a açıqlamasında siyasi şərhçi Əhməd Əlili deyib.
Politoloq Ermənistanın Baş naziri Nikol Paşinyanın Vladivostokda erməni icması ilə görüşündə səsləndirdiyi fikirlərə münasibət bildirib.
Xatırladaq ki, erməni baş nazir həmin görüşdə Azərbaycan və Ermənistanın Qarabağ məsələsində mövqelərinin üs-üstə düşməməyindən gileylənib.
Paşinyan deyib ki, Azərbaycan Qarabağ məsələsinin yekunlaşdığını dəfələrlə bəyan etsə də, Ermənistan bu məsələdə müzakirələrin davam etməsini vacib sayır.
Öz növbəsində, Ə.Əlili əlavə şərh verib:
“Məsələ ondan ibarətdir ki, 2014-cü ildən etibarən Ermənistan və Azərbaycan arasında olan danışıqlar prosesinin bir məntiqi var. Əgər diplomatik sahədə hər hansısa bir uğur əldə etmək mümkün deyilsə, burada mütləq diplomatları hərbçilər əvəz edir. Ona görə də Ermənistan və Azərbaycan arasında olan prosesi bir növ diplomatlarla həbrçilər arasındakı mübarizə meydanı kimi görə bilərik. Sülh prosesində hər hansı bir aktivlik olmadıqda hərbçilər daha çox aktivləşirlər”.
Siyasi şərhçi Nikol Paşinyanın prosesi qəsdən uzatdığını dilə gətirib:
“Baş verən prosesləri bu kontekstdə dəyərləndirərdim ki, əgər Ermənistanda Nikol Paşinyan özündən əvvəlki liderlərin siyasəti kimi prosesi uzatmaq istəyirsə və çalışırsa ki, proseslərdə vaxt udsun, o cümlədən Qarabağın təslim edilməsi və yaxud da ki, müəyyən güzəştlər edilməsi ilə bağlı sənədlərə imza atmaq istəmirsə, bunu özündən sonrakı liderlərə saxlamaq istəyirsə, belə olan halda düşünürəm ki, artıq Nikol Paşinyanın elə bir lüksü yoxdur. Ən azı ona görə ki, əgər 2014-cü ilin avqust hadisələri bu formada işləyirdisə, eləcə də Robert Koçaryan və Serj Sarkisyan prosesləri uzada bilmişdilərsə, eyni formada Nikol Paşinyan da bundan yararlana bilməyəcək. Az öncə dediyim kimi, müəyyən bir forma ortaya çıxıb və diplomatlar uğur əldə edə bilməyəndə bu, dərhal hərbçilərin fəaliyyəti ilə əvəzlənir”.
“O ki qaldı Azərbaycanla fikri ayrılığında olmasına, düşünürəm ki, Nikol Paşinyan Brüssel görüşündən sonra çalışır ki, hər vəchlə Azərbaycanla problemlərin olduğunu göstərib prosesi mümkün qədər uzatsın, hər hansı bir sənədə imza atmasın. Nikol Paşinyan Qarabağı uduzan bir lider olsa da, o istəyir ki, yekun sənədə imza atan məhz o olmasın. O başa düşür ki, hazırda onun hakimiyyətdə qalmasının əsas səbəbi ondan ibarətdir ki, artıq Qarabağın uduzmasında ilkin addımları o atıb. Gözlənilir ki, o müəyyən əlavə sənədlərə də imza atsın. Əlavə sənədlərə imza atdıqdan sonra artıq Ermənistan tarixində yeni mərhələ başlatmaq istəyən liderlər vardır. Amma onlar da hakimiyyəti Nikol Paşinyanın əlindən tezliklə almaq istəmirlər, gözləyirlər ki, məhz Nikol Paşinyan bu sənədlərə imza atsın”, - deyə müsahibimiz yekunlaşdırıb.
Manevr.az

Xəbəri paylaş
Çox oxunanlar
Son yüklənənlər
Axtarış
Reklam
Ədəbiyyat
Kriminal
Yazarlar
Emil Rasimoğlu
Sevinc QƏRİB
KƏRAMƏT
KƏRAMƏT
Emil Rasimoğlu
KƏRAMƏT
Sorğu
Portalımızı dəyərləndirin.
Çox oxunanlar