Sizin Reklam Burada
Xəbər lenti
23-12-2024
22-12-2024
BÜTÜN XƏBƏRLƏR

Sərhəddə silahlar niyə susmur? - Kəlbəcər və Laçın təxribatlarının pərdəarxası

Tarix: 05-09-2022 14:33     Baxış: 4551 A- / A+

“Fikrimcə, bölgədə qısa müddətdə məskunlaşmanın həyata keçirilməsi bütün bu məkrli oyunların hamısını məhv edəcək və bütün planların hamısının üzərindən xətt çəkmiş olacaq”.
Manevr.az xəbər verir ki, bu sözləri yenisabah.az-a açqılamasında siyasi şərhçi Anar Əliyev deyib.
Politoloq Ermənistan-Azərbaycan sərhədində atəşkəsin davamlı pozulmasının səbəblərindən, habelə Azərbaycanın işğaldan azad edilən Laçın və Kəlbəcərdə, xüsusilə də Laçın şəhəri və ətraf kəndlərdə həyata keçirmək istədiyi məskunlaşma siyasətinin qarşısının alınması üçün bu proseslərin ermənilər tərəfindən ortaya atılması iddiasına münasibət bildirib.
Siyasi şərhçi deyib ki, Azərbaycanın İkinci Qarabağ müharibəsi bitdikdən sonra bölgədə həyata keçirdiyi sürətli yenidənqurma, tikinti işləri və keçmiş məcbur köçkünlərin geri qayıtması prosesi ilə bağlı atdığı addımlar bölgənin qısa müddət ərzində bütün infrastruktura sahib və əhalinin sıx məskunlaşdığı bir bölgəyə çevrilmə perpsektivini ortaya qoyur:
“Bu, təbii ki, Qarabağ bölgəsinə dair işğalçılıq iddiasını böyük bir biznes layihəsinə çevirən ayrı-ayrı güclər üçün çox təhlükəli bir reallıq formalaşdırır. Həmin güclər daim çalışırlar ki, Azərbaycanla Ermənistan arasındakı münasibtətləri daim gərgin olsun. Onlar eyni zamanda Qarabağdakı separatçı qüvvələrə müxtəlif variantlarda dəstək verərək azərbaycanlı məcburi köçkünlərin geri qayıdışının qarşısı almaqla öz istəklərini həyata keçirmək istəyirlər”.
Müsahibimiz əlavə eidb ki, bu qüvvələr içərisində xüsusilə onillərlə erməni xalqının beynini saxta tarixlə istiqamətləndirməyə çalışan Qriqoryan kilsəsini, siyasi terror təşkilatı olan “Daşnaksutyun” partiyasını, onun tərəfdarlarını, eləcə də Azərbaycana qarşı revanşist düşüncədə olan və “qədim erməni torpaqları” hesab etdikləri əraziləri geri qaytarmaq xülyası ilə yaşayan qüvvələri qeyd etmək olar:
“Amma eyni zamanda təbii ki, bu qüvvələr yalnız Ermənistan daxilində və Qarabağdakı separatçı qüvvələrlə məhdudlaşmır. Onlar kifayət qədər güclüdürlər, beynəlxalq dəstəyə sahibdirlər. Xüsusilə ayrı-ayrı beynəlxalq güc statusunda çıxış edən dövlətlərdə təmsil olunan erməni diaspor təşkilatları və lobbi qrupları, eləcə də bir sıra Qərb dövlətləri və Cənubi Qafqazda maraqları olan böyük güclər Ermənistanla Azərbaycan arasında münasibətlərin tənzimlənməsi və qısa müddət ərzində iki xalq arasında yaranan etimad mühitinin formalaşmasının qarşısını almağa çalışırlar”.
Analitik hesab ki, burada ən mühüm tərəflərdən biri də Şimal və Cənub qonşularımızdır:
“Təəssüf ki, həm Qərbi Avropa dövlətləri və Amerikanın siyasətində, habelə Rusiya və İranın Cənubi Qafqaza münasibətlərində Ermənistanla Azərbaycan arasında münasibətlərin sona qədər bərpa olunması, böyük sülh müqaviləsinin imzalanması və qarşılıqlı birgə yaşayış mühitinin formalaşması yer tutmur. Əksinə, həmin dövlətlərin Cənubi Qafqaz maraqlarında iki dövlət və iki xalq arasında münasibətlərin daim gərgin saxlanması və bu proses fonunda həmin dövlətlərə ehtiyac amilinin irəli çəkilməsini əsas hesab edirlər”.
A.Əliyev deyib ki, Azərbaycan dövlətinin 2020-ci ildə başlatdığı Vətən Müharibəsindən sonra təkcə işğal altında olan torpaqlarımız azad edilmədi:
“Həm də onilliklərlə davam edən üç dəniz arası “Böyük Ermənistan” üstündən xətt çəkildi. Bu xülyalar üzərində öz maraqlarını təmin etməyə çalışan dövlətlərin planları da puça çıxarıldı. Ona görə də hesab edirəm ki, son dövrlər Ermənistan-Azərbaycan sərhədində atəşkəsin pozulması yalnız lokal mənadakı proseslər deyil. Bunlar həm də çox böyük geosiyasi proseslərdən xəbər verir.
Burada təbii ki, Ermənistanın mövcud hakimiyyətinin davranışları da çox mühüm rol oynayır. Xüsusilə də 31 avqust tarixində Brüsseldə liderlər arasında keçirilən görüşdə əldə olunmuş mühüm raızlaşmalar, Azərbaycanın diktə etdiyi şərtlərin qəbul edilməsi həm Ermənistan daxilində, həm Qarabağdakı separatçı qüvvələr arasında, həm də Ermənistandan kənar qüvvələr sırasında proseslərin qarşısının sürətlə alınması istiqamətində yeni oyunların qurulduğunu deməyə imkan verir. Bu oyunların qarşısını almaq isə Azərbaycan dövlətinin düşünülmüş ardıcıl və soyuqqanlı siyasətin nəticəsində mümkün olacaq"

Manevr.az

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Dekabr 2024    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
23242526272829
3031 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar