Sizin Reklam Burada
Xəbər lenti
23-12-2024
22-12-2024
BÜTÜN XƏBƏRLƏR

Konqresin Qarabağ təxribatı - Vaşinqton Bakıdan nə istəyir?

Tarix: 04-09-2022 18:38     Baxış: 3318 A- / A+

ABŞ Konqresi tərəfindən Azərbaycanın ərazi bötövlüyünə qarşı təxribat törədilib. Belə ki, ABŞ konqresinin Erməni İşləri Komitəsinin üzvləri Frenk Fallon, Qus Bilirakis, Ceki Spir, Devid Valdao və Adam Şiff erməni separatçılarının rəhbəri Arayik Arutyunyana təbrik məktubu göndəriblər.
Sözügedən məktubda Azərbaycanla bağlı təxribat və böhtan xarakterli fikirlər yer alıb. 
Amerika səfirliyinin Azərbaycanın dəvətini rədd edərək, Şuşa şəhərinə səfərdən imtina etməsindən sonra belə bir addımın atılması növbəti dəfə ABŞ-a ikiüzlü siyasətini ortaya qoyub. 
Azərbaycanın ərazi bütövlüyünə hörmətsizlik nümayiş etdirən ABŞ rəsmilərinin separatçılarına dəstəyinin arxasında nələr dayanır? 

Bu barədə Modern.az-a danışan politoloq İlqar Vəlizadə əvvəlcə Azərbaycan ərazilərində müvəqqəti qalan separatçıları təbrik edənlərin məqsədinə aydınlıq gətirib. O qeyd edib ki, Amerika Konqresinin üzvləri olan həmin şəxslər erməni lobbisi ilə sıx təmasdadırlar:
"Hətta iri konqresmenlərdən biri olan Mendesin həyat yoldaşı da ermənidir. Ona görə bu insanların canfəşanlığı şəxsi maraqlarının nəticəsidir. Onlar ABŞ-ın dövlət maraqları ilə bunu pərdələməyə çalışırlar. Belə çirkin əməlləri ABŞ-ın mövqeyi kimi qələmə verirlər. Problem odur ki, ABŞ rəsmiləri bu məsələyə münasibət bildirmirlər. Amerikanın dövlət katibi, administrasiyası susur. Nəticədə həmin erməni lobbisi daha da azğınlaşır və daha betər hadisələrə şahid oluruq".
Politoloqun sözlərinə görə, ABŞ-ın dövlət rəsmiləri guya Ermənistan və Azərbaycan arasında münaqişənin bitmədiyi, Minsk qrupunun bərpası və digər reallığı əks etdirməyən fikirlərlə dolu açıqlamalarla gündəmə gəlir. Bu tip fikirlər separatçılara dəstək anlamı daşıyır və qeyri-rasional görünür.
"Çünki ABŞ Donbas, Abxaziya-Osetiya, Dnesteyanıdakı separatçılara qarşı çıxışlar edir, hay-küylü bəyanatlarla gündəmə gəlirlər. Bəs bu nədir? Onda konqresmenlər bu separatçıları da təbrik etsinlər. Niyə etmirlər? Çünki ikili standartların, ikili yanaşmanın təzahürüdür. Lakin yenə də deyirəm, kiminsə şəxsi maraqları, hansısa lobbinin canfəşanlığı altında atılan addımlar Amerikanın nüfuzuna xələl gətirir. ABŞ bu siyasətdən heç nə udmayacaq" , - deyə İlqar Vəlizadə vurğulayıb

Manevr.az

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Dekabr 2024    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
23242526272829
3031 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar