Xəbər lenti
Bunu erməni diasporunun könlünü almaq üçün etdilər
Manevr.az xəbər verir ki, bu sözləri axar.az-a keçmiş xarici işlər naziri Tofiq Zülfüqarov ABŞ və Fransa səfirlərinin Şuşaya getməməsi ilə bağlı danışarkən deyib.
O bildirib ki, ikinci səbəb ABŞ-da noyabrda keçiriləcək Konqres seçkiləridir:
“Demokratların vəziyyəti ağır olduğuna görə onlar bu şəkildə erməni diasporunun könlünü almaq istəyirlər.
Hesab edirəm ki, biz bu məsələyə çox da önəm verməməliyik. Artıq rəsmi şəkildə mövqe bildirilib. Bu isə çox düzgün bir addım idi. Xatırladım ki, bundan əvvəl Rusiya səfiri də Şuşaya getmirdi. Lakin bir müddən sonra getdi. Fikrimcə, noyabrdan sonra yeni gələn Amerika, eləcə də Fransa səfiri mütləq Şuşaya gedəcəklər. Bu, bizim üçün önəmli deyil. Əsas əhəmiyyət kəsb edən odur ki, Qarabağa Azərbaycan əsgəri yerləşib”.
Manevr.az
Xəbəri paylaş
Çox oxunanlar
Son yüklənənlər



Axtarış
Reklam

Kriminal
Şou-biznes
Yazarlar
Emil Rasimoğlu
Emil Rasimoğlu
Emil Rasimoğlu
Cahangir NAMAZOV
-Təranə Dəmir
- Sevil Nuriyeva
Emil Rasimoğlu
Sorğu
Portalımızı dəyərləndirin.
Çox oxunanlar