Sizin Reklam Burada
Xəbər lenti
23-12-2024
22-12-2024
BÜTÜN XƏBƏRLƏR

“Laçından sonrakı hədəf Xankəndidir” - Açıqlama

Tarix: 29-08-2022 13:48     Baxış: 3277 A- / A+


“Laçından sonrakı hədəf Xankəndidir” - Açıqlama

“Laçından sonra növbəti hədəfimiz Xankəndidir və artıq bu barədə informasiyalar gəlməkdədir”.
Manevr.az xəbər verir ki, bunu sfera.az-a açıqlamasında politoloq Əlimusa İbrahimov deyib. Müsahibimiz bildirib ki, hətta ermənilərin Xankəndini tərk edəcəkləri günün də uzaqda olmadığı barədə informasiyalar var:
 
“Amma təbii ki, Xankəndinə Azərbaycan əsgərinin məskən salması üçün müəyyən hazırlıq işlərini aparmaq lazımdır. Laçından sonra Azərbaycan bu istiqamətdə addımları intensivləşdirəcək. Prezident İlham Əliyevin dəfələrlə bəyan etdiyi kimi orada qalan erməni tör-töküntüləri Azərbaycan vətəndaşlığını qəbul edəcəklərsə, həyatlarını davam etdirəcəklər. Əks halda, onların da taleyini Zabux və Sus kəndində olan ermənilərin taleyi gözləyir. Digər tərəfdən Azərbaycan silahlı qüvvələrinin Xankəndinə nə zaman girəcəkləri barədə ciddi proqnoz vermək mümkün deyil. Bu, hər şeydən çox ermənilərin özündən asılı olacaq”.

Politoloq qeyd edib ki, əgər ermənilər məlum bəyanatları imzalamaqla öhdələrinə götürdükləri vəzifələri yerinə yetirəcəklərsə,onların orada qalması Azərbaycan xalqı üçün təhlükə mənbəyi olmayacaqsa, normal həyat səviyyəsi və təhlükəsizliklərinə təminat alacaqlar: “Amm özlərini yenə də həyasızcasına aparsalar, biz indidən onların çıxarılması barədə düşünəcəyik”.

Manevr.az

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Dekabr 2024    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
23242526272829
3031 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar