Xəbər lenti
Mixaylovdan şok: Müharibədə qalib Türkiyə olacaq...
ABŞ-ın Ukraynanı silahlandırması yardım sayıla bilməz, bu, sadəcə Ağ Evin hərbi əməliyyatları növbəti gərginləşdirmək cəhdidir. ABŞ müharibənin sonuncu ukraynalıya qədər davam etməsini istəyir.
Manevr.az xəbər verir ki, bu barədə axar.az-a açıqlamasında rusiyalı politoloq, millətlərarası münaqişələr üzrə mütəxəssis və təhlükəsizlik məsələləri üzrə ekspert Yevgeni Mixaylov bildirib.
Onun sözlərinə görə, ABŞ sadəcə olaraq qurduğu bu qlobal xaosda çirkli pulları yuyub, xeyli divident əldə edir.
Ekspert hazırda peyklərinin ABŞ-ın siyasətindən necə əziyyət çəkdiyinə də diqqət çəkib.
"Mən AB-ni nəzərdə tuturam: iqtisadiyyatın tənəzzülü, müdafiə qabiliyyətinin itirilməsi, sosial gərginliyin artması... Bütün bunlar ona görə idi ki, onlar antrusiya sanksiyalarını öz milli maraqlarına zidd olaraq dəstəklədilər. Bununla yanaşı, ABŞ faktiki olaraq Baydenin siyasətinə görə vətəndaş müharibəsi ilə üz-üzə qalıb. Amma indi Ankaranın siyasətinə diqqət edin. Bu ölkə öz milli maraqlarına zidd olan Rusiyaya qarşı sanksiyaları dəstəkləmədi, əksinə, iqtisadi cəhətdən Moskva ilə yeni addımlar atdı. Nəticədə Avropa batır, Türkiyə isə öz iqtisadiyyatını gücləndirir. Bu qədər bəsit - Rusiya Ukrayna ilə müharibə edir, dünya iqtisadiyyatı tənəzzül yaşayır, qalib isə Türkiyə olur", - politoloq qeyd edib.
Onun sözlərinə görə, Avropa da artıq "hər şeydə günahkar Kremldir" fikrindən daşınmağa başlayıb. Artıq avropalı insanlar anlamağa başlayır ki, onları bu vəziyyətə salan Kreml yox, Ağ Evin siyasətidir:
"Qarşıda bizi dəyişikliklərin ağır dövrü gözləyir. Qərbin uzaq məsafəli yaylım atəş sistemləri, pilotsuz təyyarələr, ABŞ büdcəsi ilə təchiz edilən muzdlular isə qlobal dəyişikliklərə təsir edə bilməyəcək. Bu, yalnız azacıq da olsa, hər şeyi uzadacaq".
Manevr.az
Xəbəri paylaş
Çox oxunanlar
Son yüklənənlər
Axtarış
Reklam
Ədəbiyyat
Kriminal
Yazarlar
Emil Rasimoğlu
Sevinc QƏRİB
KƏRAMƏT
KƏRAMƏT
Emil Rasimoğlu
KƏRAMƏT
Sorğu
Portalımızı dəyərləndirin.
Çox oxunanlar