Sizin Reklam Burada
Xəbər lenti
23-12-2024
22-12-2024
BÜTÜN XƏBƏRLƏR

Azərbaycanda hərbi xidmətə getmək istəməyənlər rüsum ödəməlidir – Ekspert

Tarix: 25-08-2022 13:02     Baxış: 4331 A- / A+

Ermənistanda qəbul edilməsi gözlənilən yeni hərbi qanuna əsasən, gənc çağırışçılar və möhlət hüququ olanlar 24 milyon dram (təxminən 100 min AZN) ödəməklə 24 aylıq məcburi hərbi xidmətlərinin yalnız 5 ayını başa vurduqdan sonra ordudan tərxis oluna biləcəklər.

Ermənistan ordusunda tətbiqinə başlanılacağı gözlənilən yeni qanun layihəsi ölkə büdcəsini doldurmaqla yanaşı, ölkədəki ordu quruculuğunun yeni bir sistemə keçirilməsini də özündə ehtiva edir.
Bəs yaxşı, Azərbaycanda da bu qanun tətbiq oluna bilərmi? Müharibədən sonra peşəkar orduya keçmək, 18 yaşındakı çağırışçılardan imtina qərarı nə dərəcədə realdır? Yaxud dövlət rüsumu ödəmək qarşılığında 5-6 ay hərbi xidmət çəkmək mümkündürmü?
Manevr.az-ın xəbərinə görə, yenisabah.az-a danışan ehtiyatda olan polkovnik Üzeyir Cəfərli də eyni rəyi bölüşərək deyib ki, Azərbaycanın bugünkü hərbi qanunvericiliyinin xeyli hissəsi yenilənməli və təkmilləşdirilməlidir.
Hərbi ekspert bunu onunla izah edib ki, bu qanunların əksəriyyəti keçmiş SSRİ-dən tərcümə olunan və Azərbaycan reallığına uyğunlaşdırılan qanunlardır:
“Ona görə də bəzi hallarda biz dünyada gedən proseslərdən geri qalırıq. 44 günlük savaşdan sonra da ölkə başçısı belə bir tapşırıq vermişdi ki, ordumuz NATO standartlarına uyğunlaşdırılmalı və bu istiqamətdə işlər aparılmalıdır. Bu, o deməkdir ki, bütün güc strukturları, başda Müdafiə Nazirliyi olmaqla, DSX, DQ, FHN, SHXÇDX – nə qədər silahlı qüvvələrdə güc strukturları varsa, onların hər biri öz qanunverciliyini qardaş Türkiyə qanunlarına uyğunlaşdırmalıdır. Yəni nümunə kimi biz Türkiyə modelini götürməliyik”.
Hərbi analitik əlavə edib ki, bu gün ermənilərin artıq tətbiq etməyə hazırlaşdığı məsələ Türkiyədə çoxdan tətbiq olunub:
“Biz də artıq müharibədən sonra hərbi qanunvericiliyimizi dünya standartları səviyyəsinə çatdırmalıyıq. Nə qədər düşmən də olsa, baxın-görün onlar bəzi ağıllı və mütərəqqi müddəları tətbiq etməyə başlayıb. Bunun nəyi pisdir? Mən də onun tərəfdarıyam ki, artıq torpaqlar işğaldan azad olunub deyə, biz də hərbi qanunvericiliyimizdə xeyli dəyişikliklər edib onu təkmilləşdirməliyik. Türkiyədə yaxşı nə varsa, ona uyğun olaraq öz hərbi qanunverciliyimizi müasirləşdirməliyik. Ona görə də mən buna müsbət baxıram”.
Müsahibimiz məcburi hərbi xidmətin olmasını düzgün hesab etmədiyini deyib:
“Baxın, əgər insanın elmə, yaxud biznesə marağı böyükdürsə, o, bu sahədə özünü əminli və güvənli hiss edirsə, nədən biz ona bu şəraitə yaratmayaq? Ya da ki, ali təhsillidirsə 1 il müddətinə, orta təhsillidirsə 1 il 6 ay müddətinə onu hərbi xidmət keçməyə niyə məcbur edək? Mən onun tərəfdarıyam ki, insanın maddi imkanı varsa, bunu etsin. İndi yenə başlayacaqlar ki, “imkanlılar öz uşaqlarını xidmətdən yayındırırlar” və s. Onsuz da yayındırmaq istəyən bunu müxtəlif yollarla – ya xəstəlik, ya da rüşvətin hesabına edir. Amma qonşu Gürcüstanda və Türkiyədə bunun qarşısı alınıb və kim xidmət etmək istəmirsə, qısa bir müddətə hərbi mükəlləfiyətini az da olsa qorumaq üçün o gedir qanuni yollarla müəyyən ödənişlər edir və qısa müddətli hərbi xidmət keçir”.
Ü. Cəfərli onu da açıqlayıb ki, biz özümüzü artıq dünyada gedən proseslərin tərkib hissəsi kimi görməliyik:
“Ona görə də mən düşünürəm ki, Türkiyədə tətbiq olunan mütərəqqi üsullar tez bir zamanda Azərbaycan Silahlı Qüvvələri ilə yanaşı digər güc strukturlarında da tətbiq olunmalıdır. Bunun üçün məmurlar kabinetdə oturmamalı, öz biliklərini və savadlarını artırıb qardaş ölkədə olan yeni üsulları Azərbaycan reallığına uyğunlaşdırmalıdırlar. Bu da öz növbəsində Milli Məclisdə qanunvericilik şəklində öz əksini tapmalı və ölkə başçısı bunu imzalamalıdır. Belə olan halda həyatımız bir qədər rəngarəng və maraqlı olacaq”.
“Məsələn, elə insanlar var ki, elm adamıdır, amma onu 1 il müddətinə məcburən hərbi xidmətə aparırlar. O adam da yekunda həm elmdən, həm də helmdən olur.
Nə qədər qəribə səslənsə də, ermənilərin qəbul etdiyi qərar fikrimcə, məntiqlidir. Baxmayaraq ki, siyasi, iqtisadi və hərbi cəhətdən bizdən zəifdirlər, lakin, əgər onlar bu yola gedirlərsə, bu, onların seçimidir və bu seçimdə böyük bir faciə görmürəm. Amma biz kiməsə, yaxud nəyəsə baxmayaraq, öz işimizi görməli və bu istiqamətdə təcili və təxirəsalınmaz addımlar atmalıyıq”, - deyə həmsöhbətimiz yekunlaşdırıb.

Manevr.az

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Dekabr 2024    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
23242526272829
3031 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar