Sizin Reklam Burada
Xəbər lenti
23-12-2024
22-12-2024
BÜTÜN XƏBƏRLƏR

“Beynəlxalq qurumlar Laçındakı erməni vandalizminə göz yumurlar” – Aqil Məmmədov

Tarix: 23-08-2022 17:51     Baxış: 3332 A- / A+
“Beynəlxalq qurumlar Laçındakı erməni vandalizminə göz yumurlar” – Aqil Məmmədov

“Dünyadakı bəzi insan hüquqları təşkilatları bugünlərdə yenidən Azərbaycanı hədəf seçiblər. Yenə də əsassız “faktlıar”, ittihamlar... Azərbaycan artıq bu cür ikili standartlara öyrənclidir. Çünki, Azərbaycanı hədəf alan dairələr erməni diasporunun təsiri altında bəyanatlar verirlər. Bu bəyanatların isə heç bir siyasi, hüquqi, mənəvi təsiri olmur”.
Milli Məclisin deputatı Aqil Məmmədov bildirib ki, son 30 ildə olduğu kimi bu gün də bir sıra beynəlxalq təşkilatlar ermənilərə, Ermənistana münasibətdə seyrçi mövqedədirlər: “30 ildə biz həmin təşkilatların mövqeyini gördük. Bu gün Laçında – dünyanın gözü qarşısında əsl vandalizm aktı, insanlığa, təbiətə qarşı ağıpr cinayət törədilir. 10 noyabr 2020-ci il tarixli Bəyanatın müddəasına uyğun olaraq Azərbaycanın Laçın rayonunun şəhər mərkəzi və Zabux, Sus kəndləri, burada qanunsuz məskunlaşmış ermənilərdən təmizlənir. Amma, ermənilər qanunsuz məskunlaşdıqları yaşayış məskənlərini məhv etməklə məşğuldurlar”.
A.Məmmədovun sözlərinə görə ermənilər hər dəfə onlara humanist yanaşmadan, vaxt verilməsindən fitnəkar əməllər üçün istifadə edirlər: “Biz onların bu hərəkətlərini Kəlbəcər rayonu boşaldılarkən də gördük. Ermənilər öz xahişləri ilə onlara verilən əlavə 10 gün vaxtdan əraziləri tərk etmək üçün yox, salamat qalmış evləri yandırmaq, dağıtmaq, təbiətə zərər vurmaq, mina basdırmaq üçün istifadə etdilər. İndi, biz eyni ssenarini Laçında görürük. Avqustun sonunadək Azərbaycandan xahiş edərək vaxt istəyiblər. Amma bu vaxtdan Laçını dağıtmaq, meşələrini yandırmaq üçün maksimum istifadə edirlər”.
Millət vəkili qeyd edib ki, əvvəl olduğu kimi indi də müvafiq beynəlxalq təşiklatlar ermənilərin bu əməllərini sadəcə seyr etməklə məşğuldurlar: “Hər şeydən əvvəl bu bir ekoloji cinayətdir. Dünyada meşələrin yanaraq məhv olduğu bir vaxtda ermənilər bölgədə ekoloji fəlakət törədir. Meşələri yandırır. Amma nəinki Azərbaycanı hədəf alan beynəlxalq insan hüquqları təşkilatları, heç beynəlxalq ekoloji təşkilatlar da bu vandalizmə səslərini çıxarmır. Bu isə onu deməyə əsas verir ki, belə təşkiklatlar öz prinsiplərini, profillərini çoxdan unudaraq siyasiləşiblər. Yalnız yerləşdiklərin ölkələrin siyasətlərinə uyğun bəyanatlar verirlər. Ona görə də bu kimi təşkilatların bəyanatları heç zaman mötədəb, etimadlı sayıla bilməz”.
A.Məmmədov bildirib ki, Ermənistan son 30 ildə törətdiyi müharibə cinayətlərinə, habelə, soyqırım aktlarına, ekoloji cinayətlərə, maddi mədəni irsin məhv edilməsi cinayətlərinə görə gec-tez beynəlxalq hüquq qarşısında cavab verməli olacaq. Bu istiqamətdə Azərbaycan dövləti sistemli iş aparır.

Manevr.az


Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Dekabr 2024    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
23242526272829
3031 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar