"Azərbaycan ermənilərin Laçından çıxması üçün sentaybrın əvvəlinə qədər vaxt verib. Bu zaman ərzində ordumuz həmin əraziləri minadan təmizləyib, müəyyən işləri həyata keçirməlidir. Əslində həmin ərazilər 2020-ci ildə nəzarətimizə keçməli idi, ancaq Ermənistanın qeyri-adekvat addımları nəticəsində məsələ bu qədər uzandı".
Ekspert qeyd edib ki, Xocalının, keçmiş Ağdərə ərazisi və digər torpaqların nəzarətimizə keçməsi üçün müəyyən işlər aparılır:
"Həmin torpaqların bizim nəzarətimizə keçməyi ilə bağlı heç kimdə şübhəsi olmamalıdır. Azərbaycan həmin ərazilərə nəzarətini bərpa edəcək. Həmin ərazilərdə bayrağımızın dalğalanması yolunda işlər aparılır. 2020-ci ildə Ermənistan diz çökdü, indi də şərtlərimizi qəbul etməlidir".
Ü.Cəfərov vurğulayıb ki, ermənilərin şərtlərimizə əməl etməkdən başqa şansı yoxdur:
"Ermənilər artıq Zabuxdan çıxıblar. Ancaq oradan çıxarkən öz vandallıqlarını bir daha nümaiş etdiriblər. Ermənilər insident törətməyin onlara baha başa gələcəyini anlayırlar. Çünki həmin insanlar işğaldan sonra orada qanunsuz yerləşiblər. Onlar yaxşı bilirlər ki, azərbaycanlılar doğma yurd-yuvalarına qayıdacaqlar. Yəni burada nə ermənilərin, nə də havadarlarının manevr etmək şansları yoxdur. Vətəndaşlarımız yaxın zamanda öz torpaqlarına qovuşacaq. Ümumiyyətlə, ermənilərin Qarabağ ərazisində təxribat törətmək şansları yoxdur. Çünki komando birləşmələri bütün tapşırılqarı yerinə yetirməyə hazırdır. Həmçinin onların elə bir imkanı yoxdur ki, Azərbaycan Ordusuna qarşı genişçaplı əməliyyat keçirsin. Silahlı Qüvvələrimizin döyüş hazırlığı yüksək səviyyədədir. Ermənilərin hər hansı insidenti nəticsəində yaralımız, ya da şəhidimiz olarsa, keçən dəfə olduğu kimi, yenə onların başını əzəcəyik. Vəziyyət orrdumuzun nəzarəti altındadır. Erməni silahlı dəstələrinin Qarabağdan çıxarılması geriyə dönüşü olmayan prosesdir"./publika.az