Xəbər lenti
“Mən əziyyət çəkəndə o, Ramiz Mehdiyevin qucağında oturmuşdu”
O, İmişli Rayon İcra Hakimiyyətinin (RİH) sabiq başçısı Vilyam Hacıyevin məhkəmə hökmü ilə 12 il müddətinə azadlıqdan məhrum edilməsinə münasibət bildirib. Qeyd edək ki, müdafiəçiləri sabiq məmura qanunda nəzərdə tutulduğundan daha ğır cəza verildiyini iddia edirlər.
Hafiz Hacıyev deyib: “İlk olaraq qeyd edim ki, Vilyam Hacıyev mənim yaxın qohumum deyil. İkincisi, ağlı olardı, o qədər yeyintiyə yol verməzdi. Əgər o günahsız idisə niyə məhkəmədə cəzamı ödəməyə hazıram demişdi? Hər halda düşünürəm ki, məhkəmənin verdiyi qərar qanunidir və ədalətlidir. Ağlı olsaydı, 12 il yox, daha aşağı cəza alardı. İnsan bir iş görürsə sonunu hesablamalı, ağılla iş görməlidir, partizanlıq lazım deyil.
Mən heç bir zaman Vilyamın dövlət qarşısında xidmətlərinin olduğunu söyləməmişəm. Hansı xidmətləri var ki? Onun dövləti yeyib-talamaqdan başqa nə xidməti olub?
Hafiz Hacıyevin dövlətə nə kimi xidmətlərinin olduğunu hamı yaxşı bilir. Ağzımızdan çıxan sözü yüz dəfə ölçüb-biçib əsaslandırılmış şəkildə deyirik. Mən bu qədər əziyyətlər çəkdim, o isə həmin vaxt Ramiz Mehdiyevin qucağında oturmuşdu”.
"Vilyam Hacıyev həbs olunduqdan sonra onun ailəsi ilə görüşmüsünüzmü" sualına partiya sədri belə cavab verib:
“O kimdir ki, mən onun ailəsi ilə görüşüm? Onun ailəsi ilə görüşənə qədər hansısa bir qazi, şəhid ailəsi ilə görüşərəm. Mənim görüşdüyüm insanlar vətənə, xalqa xidmət edən insanlardır. Mən kimliyindən asılı olmayaraq Azərbaycan torpağında rüşvətə qurşanmış hər bir kəsə nifrət edirəm, o cümlədən də Vilyam Hacıyevə.
Bugünki dövrdə elə bir şərait yaranıb ki, rüşvət alanları güllələsələr belə onlara uf deməməliyik. Ölkəni talan edib dağıdıblar, ölkə pis gündədir bugün.
Bunu edən icra başçılarıdır, nazirlərdir, səlim Müslümovlardır, ziya məmmədovlardır, fazil məmmədovlardır, keçmiş "KQB" sədridir. Biz bu insanlar üçün ağlaşma qurası deyilik ki. Canları çıxardı xalqın-millətin pulunu yeməzdilər və bu gün də türmələrdə göz yaşı axıtmazdılar. Bu sözləri rüşvət və korrupsiyaya görə tutulan digər icra başçılarına da aiddir.
Hər zaman haqqın tərəfində olan biri kimi deyirəm ki, belə adamlara gedib baş çəkmək özü bir haqsızlıqdır./yenisabah.az
Manevr.az
Xəbəri paylaş
Çox oxunanlar
Son yüklənənlər
Axtarış
Reklam
Ədəbiyyat
Kriminal
Yazarlar
Emil Rasimoğlu
Sevinc QƏRİB
KƏRAMƏT
KƏRAMƏT
Emil Rasimoğlu
KƏRAMƏT
Sorğu
Portalımızı dəyərləndirin.
Çox oxunanlar