Sizin Reklam Burada
Xəbər lenti
05-02-2025
04-02-2025
BÜTÜN XƏBƏRLƏR

Rusiyanın məğlubiyyəti bu ölkələrdə hakimiyyət dəyişikliyinə SƏBƏB OLACAQ

Tarix: 23-08-2022 12:14     Baxış: 4320 A- / A+


"Ukraynanın Rusiya ilə barışacağına dair ümidlər  bir az sadəlövhlükdür, baxmayaraq ki, boğulan adam həmişə saman çöpündən yapışır".
Manevr.az xəbər verir ki, bunu milli.az-a açıqlamasında Gürcüstan Strateji Araşdırmalar Mərkəzinin rəhbəri Qela Vasadze deyib.
O bildirib ki, ABŞ-ın Ukrayna siyasəti Qafqazdakı strategiyası ilə birə-bir eynilik təşkil edir:
"Ukraynaya münasibət, yardımın həcmi və sürəti fərqli ola bilər. Amma bunun artıq Rusiya ilə heç bir əlaqəsi yoxdur. Rusiya ilə bağlı qərar Ramşteyndə verilib, hər şey götür-qoy edilib, digər variantlar artıq sırf nəzəri hesab olunur. Ona görə də açıq deyək - Rusiyanın itirəcək heç nəyi yoxdur və eyni zamanda onun itirəcək bir şeyinin olmaması heç bir şey demək deyil. İndi Kremlin qarşısında duran vəzifə mövcud hakimiyyətin ömrünü uzatmaqdır. Bunun üçün isə intihardan başqa hər şeyi edəcəklər.
Rusiyada hazırki rejim hakimiyyətdən gedəndən sonra böhranın nə qədər dərin olacağını və yeni Rusiyanın hansı sərhədlərdə olacağını müzakirə etmək mənasızdır. Biz Rusiya qonşuları sadə bir şeyi başa düşməliyik - sistemik böhran başlayandan sonra Moskvada sərt praqmatistlər hakimiyyətə gəlməyi qaçılmaz olacaq, əsas vəzifələri də ölkəni mümkün olan formada qorumaq olacaq. Belə vəziyyətdə rus qonşularının əsas vəzifəsi vaxtında tutduqları ərazilərdən qaçmaq olacaq. Amma problem ondadır ki, indi biz qaçmalıyıq, başqa yol yoxdur. Kimisi artıq başlayıb, kimisi çalışır amma bacarmır. 
Rusiya Federasiyasının çökməsi Gürcüstanda hakimiyyət dəyişikliyi ehtimalının yeganə "driver"i funksiyasını yerinə yetirə bilər. NATO artıq Ukraynadadır. ABŞ-ın Ukrayna siyasəti Qafqazdakı strategiyası ilə birə-bir eynilik təşkil edir".

Manevr.az

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Fevral 2025    »
BeÇaÇCaCŞB
 12
3456789
10111213141516
17181920212223
2425262728 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar