Sizin Reklam Burada
Xəbər lenti
24-08-2025
23-08-2025
BÜTÜN XƏBƏRLƏR

Əliyev-Paşinyan görüşü nə zaman olacaq? – “Ermənistan vaxtı uzatmaqla məşğuldur”

Tarix: 20-08-2022 14:14     Baxış: 3379 A- / A+


Əliyev-Paşinyan görüşü nə zaman olacaq? – “Ermənistan vaxtı uzatmaqla məşğuldur”
“Avropa İttifaqı Şurasının prezidenti Şarl Mişelin vasitəçiliyi ilə Azərbaycan Prezidenti İlham Əliyev və Ermənistanın Baş naziri Nikol Paşinyan arasında sonuncu görüş 22 mayda Brüsseldə olmuşdu. Şarl Mişel görüşdən sonra elan etmişdi ki, yenidən Brüsseldə iyul və ya avqust ayında görüşəcəklər”. 
Manevr.az bildirir ki, bunu politoloq Elxan Şahinoğlu deyib.
 
O, iyul ayının yekunlaşdığını, avqust ayının da bitmək üzrə olduğunu vurğulayıb:
 
“Hələlik Brüsseldə Azərbaycan prezidentinin köməkçisi ilə Ermənistanın Təhlükəsizlik Şurasının sədri görüşüblər. Liderlərin may ayındakı görüşündə sərhədin delimitasiyası, tranzit məsələləri, sülh müqaviləsinin müzakirəsinin davamı barədə razılıq var idi. Bundan başqa Şarl Mişel demişdi ki, Avropa İttifaqı tərəflərlə birlikdə hər iki ölkənin və onların xalqının rifahı naminə iqtisadi inkişafı təşviq etməyə çalışan İqtisadi Məsləhət Qrupunun işi üçün çalışacaq. Görüşdən keçən 3 ayda bunların heç birinə nail olunmayıb”.


Ekspert Nikol Paşinyanın vaxtı uzatmaqla məşğul olduğunu vurğulayıb:
 
“Şarl Mişel yaxın günlərdə liderlərlə yenidən görüşəcəksə, maydakı razılaşmaların niyə yerinə yetirilmədiyini Nikol Paşinyandan soruşmalıdır”./Sfera.az

Manevr.az

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Avqust 2025    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
25262728293031
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar