Xəbər lenti
“Arutyunyan Qarabağdan cəhənnəm olub getməyə hazırlaşır” - Polkovnikdən sensasion açıqlama
“Erməni separatçılarının və yaxud onlara havadarlıq edən Rusiya sülhməramlılarının nə etməsindən asılı olmayaraq bunların hamısı blef, hoqqabazlıq və oyundur”.
Manevr.az xəbər verir ki, bu sözləri yenisabah.az-a açıqlamasında ehtiyatda olan polkovnik Üzeyir Cəfərli deyib.
Hərbi eskpert erməni mətbuatında Qarabağdakı qondarma rejimin “müdafiə ordusu”ndan ağır silahların alınmasına xəbərinə, habelə onların “milli qvardiyaya” çevrilməsi məsələsinə münasibət bildirib.
Polkovnik deyib ki, bunun heç bir perspektivi yoxdur:
“Kimsə fikirləşir ki, oradakı hərbçi dönüb olacaq polis, polis dönüb olacaq hansısa bir yarı hərbi təşkilat və s., mümkün deyil. Axırıncı dəfə ölkə başçısı bu məsələyə nöqtə qoydu. Ermənilər hər hansısa bir suverenlikdən, hansısa bir dövlət atributları olan məsələlərdən əllərini üzməlidir. Bu məsələdə onlara hər hansı bir güzəşt olmayacaq, bitdi!”
Ü.Cəfərli bəyan edib ki, indiki halda ermənilər sözsüz ki, çalışacaqlar, müxtəlif bəyanatlar verib iclaslar keçirsin:
“Arayik Arutyunyan da indi Qarabağdan cəhənnəm olub getməyə hazırlaşır və bəlli bir gündə yəqin ki, qaçıb-gedib Ermənistanda tikdirdiyi xarabasında yaşayacaq. Bu adam cinayətkardır. Ona görə də hər keçən gün ermənilərin ziyanına işləyir. Bu gün ayın 19-dur, maksimum 10 gün sonra ermənilər o ərazilərdən çəkilməlidirlər”.
Müsahibimiz bu məsələdə Baş Prokurorluqdan da gileylənib:
“Bizim Baş Prokurorluq bu sahədə iş də görməlidir. Onlar heç olmasa Ukrayna Baş Prokurorluğundan müharibə dövründə işləməyi öyrənməlidir. Çünki onlar həm müharibə aparırlar, həm də müharibə cinayəti törətmiş şəxsləri məsuliyyətə cəlb edirlər. Biz isə ancaq haranısa yandırmaqla bağlı cinayət işi qaldırırıq. Yaxşı, bəs sonrası nə olacaq? İndiyə qədər bir işi axıra çatdırmısınız? Ona görə də həmin separatçılar bizim əsəblərimizlə oynayırlar. Əgər biz indiyə qədər müəyyən ciddi addımlar atsaydıq, bu vəziyyətlə qarşılaşmazdıq”.
“Ay nəbilim, orada ordu yaradırlar, milli qvardiya təşkil edirlər, dövlət içərisində dövlət yaratmağa çalışırlar. Sən kimsən ki, orada hansısa bir qeyri-qanuni silahlı birləşmə yaratmağa, milli qvardiya və ya “güllü qvardiya” yaratmağa cəhd edirsən?! Bura Azərbaycan torpağıdır!”, - deyə həmsöhbətimiz yekunlaşdırıb.
Manevr.az

Xəbəri paylaş
Çox oxunanlar
Son yüklənənlər
Axtarış
Reklam
Ədəbiyyat
Kriminal
Yazarlar
Emil Rasimoğlu
Sevinc QƏRİB
KƏRAMƏT
KƏRAMƏT
Emil Rasimoğlu
KƏRAMƏT
Sorğu
Portalımızı dəyərləndirin.
Çox oxunanlar