Sizin Reklam Burada
Xəbər lenti
22-02-2025
21-02-2025
BÜTÜN XƏBƏRLƏR

Rusiyadan Türkiyəyə YENİ QADAĞA

Tarix: 10-04-2017 20:38     Baxış: 6533 A- / A+
Rusiyadan Türkiyəyə

Rusiyanın Federal Hava Nəqliyyatı Agentliyi (“Rosaviasiya”) Rusiya aviaşirkətlərinə məktub göndərərək Türkiyəyə çarter reyslərinin dayandırılmasının mümkünlüyü haqqında xəbərdarlıq edib.
Manevr.az xəbər verir ki, bu haqda Tourdom.ru portalı bildirib.
“Rosaviasiya”nın başçısının müavini Oleq Klimin imzası ilə göndərilən məktubda qeyd edilir ki, federal agentlik Türkiyədə mürəkkəb daxili siyasi vəziyyətlə əlaqədar belə ölçülərə baxır. Məktubda aviaşirkətlər ölkəyə çarter proqramlarının planlaşdırılması zamanı bu faktı nəzərə almağa çağırılır.
Turoperatorlar da “Rosaviasiya”dan belə xəbərdarlıq aldığını təsdiqləyiblər.
TASS agentliyinə də həmçinin Rusiya aviaşirkətlərindən birindəki mənbə Türkiyəyə çarter reyslərinin dayandırılmasının mümkünlüyü haqqında bildirib.
Turizm biznezinin nümayəndələri qeyd edirlər ki, belə ölçülər adi səyahətçilərlə yanaşı, turoperatorlar və agentlikləri də mənfi nəticələrlə hədələyir. Ekspertlərin qiymətləndirmələrinə görə, hazırda turbiletlərin ən azı 30 faizinin satışı bu istiqamət üzrədir.
Qeyd edək ki, Türkiyəyə qeyri-müntəzəm reyslərə qadağa 2015-ci ilin noyabrında Rusiyanın Su-24 təyyarəsinin Türkiyə tərəfindən vurulmasından sonra dayandırılmışdı. Bu məhdudiyyət 2016-cı ilin avqustunda aradan qaldırılıb. Rusiyadan Türkiyəyə ilk çarter reysi isə sentyabrda həyata keçirilib.
Son vaxtlar isə Türkiyə və Rusiya arasında Suriya məsələsi ilə əlaqədar yenidən gərginlik yaranıb.publika.az

Manevr.az

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Fevral 2025    »
BeÇaÇCaCŞB
 12
3456789
10111213141516
17181920212223
2425262728 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar