Mövzunu şərh edən politoloq Zərdüşt Əlizadə Yenisabah.az-a açıqlamasında bir sıra suallarla çıxış edib:
“Azərbaycan cəmiyyətinin fikirləri hansısa bir məntiq nişanəsidir, yoxsa ucuz populizm, ucuz lotuluq nişanəsidir? Azərbaycan cəmiyyəti nədir ki? Yetkin vətəndaşların, yoxsa bisavad, cahil adamların toplumudur?
Əgər bu insanlar vaxtın uzadılmasın istəyirlərsə və bunun üçün müraciət edirlərsə, nəzərə alaq.
Üçtərəfli bəyanatdan sonra ermənilər xahiş etdi ki, Kəlbəcər, Ağdam və Laçının boşaldılması üçün vaxt uzadılsın. Azərbaycan tərəfi buna razı oldu. Nə oldu, dünya dağıldı?
Yandırsınlar da, Azərbaycanlılar gecə-gündüz arzulayırdı ki, gedib erməni evində yaşasın? Sökəcəklər, təzədən tikəcəklər də.
Daxili İşlər Nazirliyinin damı görünürdü deyə Bakıda 16 mərtəbəli binanı sökdülər. Odur ki, qiyməti ucuz olan evlərin sökülməsi problem deyil. İstəyirlər yandırsınlar, istəmirlər yandırmasınlar, özləri bilər.
Azərbaycan qalib ölkədir və qalib tərəf olaraq Ermənistana hansısa güzəşt etsək, dünya ölkələri Azərbaycanı ürəyigeniş, humanist bir ölkə kimi tanıyacaq”.