Sizin Reklam Burada
Xəbər lenti
05-02-2025
04-02-2025
BÜTÜN XƏBƏRLƏR

Rəsul Quliyevdən İrəvandakı partlayışla bağlı ilginc İDDİA

Tarix: 17-08-2022 16:01     Baxış: 3304 A- / A+
Amerikada mühacir həyatı yaşayan Milli Məclisin sabiq spikeri Rəsul Quliyev İrəvandakı "Surmalu” ticarət mərkəzində baş vermiş partlayışla bağı ilginc iddia irəli sürüb.
Manevr.az xəbər verir ki, bu barədə “Facebook” hesabında yazan R.Quliyev Ermənistan müxalifətilə oxşar mövqedən çıxış edərək ticarət mərkəzindəki partlayışda Rusiyanın əli olduğunu söyləyib:
 
“Fikrimcə, Ermənistanda baş vermiş partlayış, Rusiyanın iştirakı və erməni revanşistlərin əli ilə edilib. Revanşistlərin məqsədi Paşinyanı aradan götürüb hakimiyyəti ələ keçirməkdir”.
 
R.Quliyev düşünür ki, məlum hadisənin törədilməsində Rusiyanın məqsədi Ermənistanın Azərbaycan və Türkiyə ilə yaxınlaşmasına imkan verməməkdir.
 
“Paşinyan çox təcili partlayışı təşkil edənləri ifşa etməlidir. Yoxsa xəmir çox su aparacaq”, - eks-spiker vurğulayıb.
 
Qeyd edək ki, Ermənistanın müxalifət cameəsi də məhz bu düşüncədədir. Bir çox siyasətçilər hesab edirlər ki, "Surmalu” faciəsi Rusiya tərəfindən törədilib. Rəsmi Moskva isə buna etiraz edərək, Ermənistan Xarici İşlər Nazirliyinə nota verib.
 
Avqustun 14-də İrəvandakı "Surmalu” ticarət mərkəzində partlayış olub. Hadisə zamanı 16 nəfər ölüb, 62 nəfər isə xəsarət alıb.

Manevr.az

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Fevral 2025    »
BeÇaÇCaCŞB
 12
3456789
10111213141516
17181920212223
2425262728 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar