Sizin Reklam Burada
Xəbər lenti
23-12-2024
22-12-2024
BÜTÜN XƏBƏRLƏR

Qarabağ ermənilərinin hansı kateqoriyasına amnistiya şamil oluna bilər? - Deputatdan cavab

Tarix: 17-08-2022 13:14     Baxış: 3330 A- / A+

“Azərbaycan Respublikasının vətəndaşlığını qəbul etməyənlər getsin, harada yaşamaq istəyirsə, yaşasın”.
Manevr.az xəbər verir ki, bunu yenisabah.az-a açıqlamasında Milli Məclisin deputatı Elman Nəsirov deyib.
Onun sözlərinə görə, postmüharibə dövrünün həllini gözləyən məsələlər var:
“Bu, delimitasiya və demarkasiya, nəqliyyat-kommunikasiya əlaqələrinin bərpası və Zəngəzur dəhlizinin işə salınmasıdır. Bundan başqa, Prezident Əliyev dəfələrlə Qarabağdakı erməni mənşəli Azərbaycan vətəndaşlarının heç bir xüsusi imtiyazları, müstəqilliyi, statusu olmayacağını və Azərbaycanın hər bir vətəndaşı ilə eyni hüquqlara malik olacaqlarını vurğulayıb.
Bu gün müzakirə olunacaq əsas məsələ Qarabağda yerləşən erməni əhalinin hüquq və təhlükəsizliyidir. Bununla bağlı qeyd edim ki, BMT-nin terrorla bağlı 12 konvensiyası var. Həmin konvensiyalarda açıq şəkildə göstəririlir ki, terrorçular cinayətkardırr və onlarla danışıq aparılmamalıdır.
Məsələyə bu aspektdən yanaşdıqda hesab edirəm ki, Xankəndi də Azərbaycanın tam yuristiksiyasına keçdikdən sonra orada yaşayan erməni əhalinin siyahıya alınmalıdır. Siyahıya alınma zamanı isə onların qarşısına "Siz Azərbaycan Respublikasının vətəndaşlığını qəbul edib, Azərbaycan Respublikası şəxsiyyət vəsiqəsini almaq istəyirsiz, ya yox" sualı qoyulmalıdır. Qəbul edənlər Azərbaycan Respublikasında yaşayacaq və hər kəslə eyni hüquqlara malik olacaq, qəbul etməyənlər isə getsin, harada yaşamaq istəyirsə, yaşasın”.
Deputat bildirib ki, hazırda Qarabağda yaşayan erməniləri 3 kateqoriyaya ayırmaq olar:
Birincisi, Azərbaycan Respublikasının vətəndaşlığını qəbul etmək istəyənlər; ikincisi, Azərbaycan Respublikasının vətəndaşlığını qəbul etməyənlər; üçüncüsü, hərbi canilər və cinayətkarlar.
"Qarabağda Xocalı qətliamını törədən, terror hadisələrinə əl atan, silahsız əhalini güllə qarşısına verən qanunsuz hərbi birləşmələrə qarşı hər hansı bir amnistiyadan, cəza yüngülləşdirilməsindən və ya əfvdən söhbət gedə bilməz. Onlar məhkəməyə çıxarılmalı və məhkəmənin kəsəcəyi cəzaya uyğun cəzalarını çəkməlidirlər”.

Manevr.az

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Dekabr 2024    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
23242526272829
3031 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar