Xəbər lenti
Aqil Məmmədov: "Laçın camaatı yaxın zamanda öz doğma yerlərinə qayıdacaq..."
“Cənab Prezident İlham Əliyevin İsmayıllı rayonunun Basqal qəsəbəsində Azərbaycan Televiziyasına verdiyi müsahibəsi istər Azərbaycan cəmiyyətində, istərsə beynəlxalq səviyyədə böyük əks-səda doğurub. Ölkə başçısı bu günlərdə aparılmış “Qisas” əməliyyatı ilə bağlı nəticələri açıqladı və gələcəklə bağlı aydın mesajlar verdi”.
Bu fikirləri Milli Məclisin deputatı Aqil Məmmədov söyləyib.
Millət vəkili bildirib ki, müsahibəsində Azərbaycan Prezidenti ordumuzun gücü ilə bağlı dəqiq müqayisələr apararaq təxribatçılara bir daha xəbərdarlıq edib: “Qeyd olundu ki, bir daha belə təxribatlar olsa, cavab da adekvat olacaq. Yəni, erməni tərəfi xülyalarla yaşamamalıdır. Artıq, dünyada hansısa bir dövlət yoxdur ki, aşkar şəkildə Ermənistanın haqsız mövqeyini müdafiə etsin. Ona görə də, mümkün qədər tez Azərbaycanın tələblərini, özünün 10 noyabr bəyanatında üzərinə götürdüyü öhdəlikləri yerinə yetirməlidir. Əks halda, nəticələr ermənilər üçün daha ağır olacaq”.
A.Məmmədovun sözlərinə görə Qarabağdakı erməni silahlı birləşmələrinin bölgəni tərk etməsi tələbi artıq ciddi şəkildə gündəmdədir: “Prezident qeyd etdi ki, “Qisas” əməliyyatından dərhal sonra yüzlərlə erməni hərbçi bölgədən çıxarılıb. Bu proses sonuncu silahlı çıxarılanadək davam etdirilməlidir. Çünki, Azərbaycan ərazisində hansısa silahlı qruplar saxlamaqla nəyəsə nail olmaq mümkün deyil. Dövlət başçısı bildirdi ki, “Qisas” əməliyyatı Ermənistana bir daha göstərdi ki, bizi heç kim və heç nə, nə kiminsə bəyanatı, nə kiminsə açıqlaması, nə hansısa telefon zəngi dayandıra bilməz". Aydın olur ki, ermənilərin törətdikləri avqust təxribatlarından sonra Azərbaycanın cəza tədbiri kimi həyata keçirdiyi “Qisas” əməliyyatı onlara çox baha başa gəlib.
A.Məmmədov Prezidentin Qarabağda yaşayan ermənilərin gələcək taleyi ilə bağlı dediklərinə də diqqət çəkib: "Prezident bildirdi ki, bölgədə yaşayan ermənilərin nə statusu, nə müstəqilliyi, nə də hansısa xüsusi imtiyazları olacaq. Onlar da bütün Azərbaycan vətəndaşları kimi, o cümlədən, ölkəmizdə yaşayan müxtəlif xalqların nümayəndələri kimi eyni hüquqlara malik olacaq. Ermənistan hakimiyyəti Qarabağda yaşayan ermənilərə öz təsir imkanlarını itirir. Azərbaycanın təsir imkanları isə artır. Bu reallıq son nəticədə hər qarış ərazimizdə Azərbaycan dövlətinin suveren hüquqlarının təmin olunması reallığına gətirib çıxaracaq”.
Millət vəkili qeyd edib ki, 10 noyabr 2020-ci il Bəyannaməsində açıq- aydın göstərilir ki, yeni yol çəkiləcək və üç il ərzində bu yolun planlaşdırılması və razılaşdırılması təmin edilməlidir: “Bu bəndi üçtərəfli Bəyanata saldıran məhz Azərbaycandır. Ermənistanı Xankəndi ilə birləşdirən yol Laçın şəhərinin içindən keçir. Əgər bu bənd olmasa idi, o zaman Laçın şəhəri beş kilometr enində olan zonaya düşəcəkdi və tez bir zamanda oraya keçmiş köçkünləri qaytarmaq mümkün olmayacaqdı. Laçın şəhərindən, Zabux və Sus kəndlərindən qanunsuz məskunlaşmış insanlar çıxarılmalıdır. Cənab Prezidentin bildirdiyi kimi, onların orada qalması hərbi cinayətdir. Çünki o, Cenevrə konversiyalarının qaydalarına ziddir. İşğalçı ölkə işğal edilmiş torpaqlarda qanunsuz məskunlaşma apara bilməz. Bu, hərbi cinayətdir. Laçın şəhərinin, Sus, Zabux kəndlərinin camaatı yaxın zamanlarda öz doğma yerlərinə qayıdacaqdır".
Manevr.az

Xəbəri paylaş
Çox oxunanlar
Son yüklənənlər
Axtarış
Reklam
Ədəbiyyat
Kriminal
Yazarlar
Emil Rasimoğlu
Sevinc QƏRİB
KƏRAMƏT
KƏRAMƏT
Emil Rasimoğlu
KƏRAMƏT
Sorğu
Portalımızı dəyərləndirin.
Çox oxunanlar