Xəbər lenti
“Vaxt uzatmaq ermənilərə heç nə verməyəcək” - Deputat
“Prezident İlham Əliyev Azərbaycan televiziyasına müsahibəsində növbəti dəfə Ermənistana ciddi xəbərdarlıq edib. “Qisas” əməliyyatının cəza tədbiri olduğunu, Ermənistanın bu əməliyyatdan ciddi nəticə çıxarmalı olduğunu, yenidən belə təxribat törədildiyi halda Azərbaycanın reaksiyasının çox sərt olacağını, Azərbaycanı haqq işindən heç kimin çəkindirə bilməyəcəyini xüsusi vurğuladı”.
Manevr.az xəbər verir ki, bunu sfera.az-a açıqlamasında deputat Ceyhun Məmmədov deyib. O, Ermənistanın yeni reallıqları qəbul etməli və hərbi təxribatlara əl atmamalı olduğunu, bununla bağlı Azərbaycanın dəfələrlə xəbərdarlıq etdiyini bildirib:
“Ancaq Ermənistan bundan nəticə çıxarmadı, növbəti təxribat törətdi və “dəmir yumruq” yenidən işə düşdü. Prezident İlham Əliyev onu da xüsusi qeyd etdi ki, Erməni silahlı birləşmələri Qarabağı birdəfəlik tərk etməlidir. Bu, Ermənistanın öhdəliyidir, 10 noyabr 2020-ci ildə Ermənistanın imzaladığı kapitulyasiya aktında təsbit edilib, Ermənistan bu öhdəliyi yerinə yetirməlidir. Yetirməsə, bunun bədəli Ermənistan üçün çox ağır olacaq. 10 noyabr 2020-ci il Bəyannaməsində yeni yolun çəkilməsi, üç il ərzində bu yolun planlaşdırılması və razılaşdırılmasının təmin edilməsi ilə bağlı müddəa yer alıb. Bu bəndi üçtərəfli bəyanata saldıran məhz Azərbaycandır, Ermənistanı Xankəndi ilə birləşdirən yol Laçın şəhərinin içindən keçir. Əgər bu bənd olmasa idi, o zaman Laçın şəhəri beş kilometr enində olan zonaya düşəcəkdi və tez bir zamanda oraya keçmiş köçkünləri qaytarmaq mümkün olmayacaqdı”.
“Vaxt uzatmaq onlara heç nə verməyəcək. Əgər ermənilər fikirləşirlər ki, bir ildən, ya ilyarımdan sonra onların xeyrinə nəsə dəyişəcək, səhv edirlər. Prezidentin müsahibəsində digər mühüm məqam ondan ibarətdir ki, bu gün danışıqlar masasında hər hansı bir statusdan ümumiyyətlə, söhbət getmir. Qarabağda yaşayan ermənilərin hüquqları da, təhlükəsizliyi də Azərbaycan dövləti tərəfindən təmin ediləcək. Qarabağda yaşayan ermənilər düzgün addım atmalıdırlar, başa düşməlidirlər ki, onların gələcəyi ancaq Azərbaycan cəmiyyətinə inteqrasiyadan keçir. Ermənistan öz təsir imkanlarını itirmək üzrədir, Azərbaycan hakimiyyətinin müsbət təsiri artır və artacaq. Bu birmənalıdır ki, Qarabağda yaşayan ermənilərin nə statusu, nə müstəqilliyi, nə də hansısa xüsusi imtiyazı olacaq. Azərbaycan vətəndaşlarının, Azərbaycanda yaşayan xalqların hüquqları necə qorunursa, onların da hüquqları elə qorunacaq. Ermənistan bu xəbərdarlıqlardan ciddi nəticə çıxarmalıdır.
Manevr.az
Xəbəri paylaş
Çox oxunanlar
Son yüklənənlər
Axtarış
Reklam
Ədəbiyyat
Kriminal
Yazarlar
Emil Rasimoğlu
Sevinc QƏRİB
KƏRAMƏT
KƏRAMƏT
Emil Rasimoğlu
KƏRAMƏT
Sorğu
Portalımızı dəyərləndirin.
Çox oxunanlar