Sizin Reklam Burada
Xəbər lenti
23-12-2024
22-12-2024
BÜTÜN XƏBƏRLƏR

Göyçə-Zəngəzur Türk Cümhüriyyətinin Dövlət Gerbi təsdiqləndi

Tarix: 12-08-2022 22:17     Baxış: 32 304 A- / A+

Göyçə-Zəngəzur Türk Cumhuriyyətinin və Göyçə-Zəngəzura Qayıdış Birliyinin Mətbuat Xidmətinin məlumatı
Göyçə-Zəngəzur Türk Cumhuriyyətinin prezidenti (cumhurbaşqanı) Rizvan Talıbov fərman imzalayaraq GZTC-nin Dövlət Gerbini təsdiq etmişdir. Təsdiq edilmiş GZTC-nin dövlət gerbi Azərbaycan Respublikası bayrağının uyğun rəngləri ilə əhatələnmişdir. Dairənin ortasında Azərbaycana aid səkkizguşəli ulduz, səkkizguşəli ulduzun iç bölümündə türklük simvolu simgə, səkkizguşəli ulduz yeddi baxımsız Türk dövlətlərinin və qardaş Pakistan dövlətinin bayrağı ilə əhatələnmişdir. Dövlət Gerbinin anlamı GZTC-nin Türk dünyasının və qardaş Pakistanla birgə böyük Birliyinin açarı (anaxtarı) olmasını ehtiva edir.
Eyni zamanda GZTC prezidentinin rəhbərliyi altında hazırlanmış GZTC-nin Elm və Təhsilinin əsasını təşkil edəcək, GZTC Elm və Təhsil konsepsiyasının ilkin variantı hazırlanaraq prezident tərəfindən təsdiq olunmuş və ictimaiyyətin müzakirəsinə verilməsi qərara alınmışdır. Qərara əsasən bir ay müddətində ictimaiyyətdən və mütəxəssislərdən gələn rəylər, təkliflər nəzərə alınaraq, layihə GZTC Milli Məclisində müzakirə olunaraq son variantı qəbul olunduqdan sonra prezident tərəfindən təsdiq olunacaqdır. GZTC-nin Elm və Təhsil konsepsiyasının ilkin layihəsini təqdim edirik.
Göyçe-Zengezur Türk Cumhuriyyetinin (Respublikasının) Elm və Təhsil Konsepsiyası layihəsi.
1. Göyçe-Zengezur Türk Cumhuriyeti(GZTC) dövlətində bütün vətəndaşlar üçün təhsilin bütün mərhələləri, fənn kitabları, əlavə dərs vəzaitləri, testlər, dəftər, ruçka, karandaş, məktəbli forması, gündə bir dəfə isti yemək, çay, şirniyyat və s. tam pulsuz, ödənişsiz, dövlətin hesabınadır.
2. GZTC-də təhsil 4(dörd) mərhələlidir 
1-ci mərhələ 3 (üç) yaşdan 7 (yeddi) yaşa qədər olan bağça təhsili.
Təhsil, yaşı çatmış, əqli qüsuru olmayan, hər bir uşaq üçün məcburidir və dövlət hər bir uşağın bərabər şərtlər altında təhsil ala bilmələri üçün müasir, yüksək standartlara cavab verən şəraiti təmin edir. 
1. Təhsilin 1-ci mərhələsində, bağça təhsili dövründə uşaqlar əyani vasitələrlə foto, video və s. vasitəsi ilə bizləri əhatə edən canlı- cansız, bitki aləminin adlarını, rənglərini seçməyi və adlarını öyrənirlər, söz ehtiyatlarını maksimum artırırlar. Bu yaş kateqoriyasındakı uşaqlara ev tapşırığı vermək qəti qadağandır! 6 yaşdan başlayaraq şəkillər vasitəsi ilə hərfləri tanımağı öyrənirlər. Bu mərhələdə uşaqlar yalnız bağçada məşğul olurlar və özləri ilə bağçaya heç bir vəsait aparmırlar.
2. Təhsilin ikinci mərhələsi ibtidai və ümimi təhsili əhatə edən birinsi sinif 7 (yeddi) yaşdan doqquzuncu 16 (on altı) yaş arası olan orta təhsil mərhələsidir. Bu mərhələ tam orta təhsili əhatə edir və bu mərhələdə bütün fənlərin tədrisi aparılır. Yalnız xarici dil ünsiyyət qurmaq bacarığına sahib olmaq məqsədi ilə danışıq dili səviyyəsində öyrənilir. Bu mərhələni başa vurmuş şagird orta təhsilli hesab edilir və şagirdə orta təhsili bitirməsini təsdiq edən şəhadətnamə verilir.
İbtidai təhsil dövründə şagirdlərə dürüstlük, doğruçuluq, vətənpərvərlik ruhu təlqin olunur. Millətinə, dövlətinə, dilinə sevgi, adət-ənənələrə, özündən böyüklərə hörmət, kişiklərə, digər canlılara, ətraf mühitə diqqət, qayğı və şəfqət hissləri aşılanmasına xüsusi önəm verilir və dərsliklərdə bu yönümlü materiallar üstünlük təşkil edir.    Şagirdlərə 5-ci sinifdən başlayaraq, 9-cu sinifi bitirənə kimi İxtisaslar və Peşələr haqqında xüsusi hazırlanmış fənn tədris olunur. Bu fənnin tədrisi şagirdlərin mövcud olan peşə və ixtisaslar haqqında hərtərəfli bilgi almasını və beləliklədə peşə və ixtisas seçimini düzgün müəyyənləşdirməsini asanlaşdırır. Eyni zamanda şagirdin peşə və ixtisas seçimini doğru etməsini stimullaşdırır. 
9-cu sinifi başa vurmuş şagirdlər arasında xüsusi üsulla, xüsusi təlimata uyğun ixtisas və peşə seçimi aparılır. 
 3. Təhsilin 3-cü mərhələsində ali təhsil səviyyəsinə uyğun biliyi olan şagirdlər savad, bacarıq və istəklərinə uyğun olan ixtisasa yiyələnmək üçün 2 (iki) illik təmayül siniflərində təhsil alırlar. Bu dövrdə şagirdə yalnız yiyələnmək istədiyi ixtisasa uyğun olan fənnlər tədris olunur, digər fənlərin tədrisi isə dayandırılır. Peşəsini seçmiş şagirtlər, təhsil müddəti 3 (üç) il olmaqla, seçdikləri peşəni yaxşı mənimsəyə bilmələrinə yardımçı olacaq fənnlər keçirlər. Bütün diqqətləri əldə edəcəkləri peşəni yüksək səviyyədə mənimsəməyə yönləndirilir. Digər əlavə fənnlər tədris olunmur. Peşə məktəblərini uğurla bitirmiş şagirdlərə əldə etdikləri peşələri təsdiq edən diplomlar (şəhadətnamələr) verilir. Şagird tədris olunmayan fənnlərdən  orta məktəbdə doqquz il ərzində öyrəndiyi ilə kifayətlənir.
Təhsilin 3- cü mərhələsi peşə və ixtisas yönümlü olur. Hər hansı peşəni seçmiş şəxs seçdiyi peşənin sirrlərini öyrənir, həmin peşəyə uyğun fənnlərdən dərs alır. İxtisasını seçmiş şəxsdə eyni cür yalnız sahiblənmək istədiyi ixtisasa uyğun olan fənnlərdən dərs alır. Tədrisin əsas hissəsini seçdiyi ixtisasa yüksək səviyyədə yiyələnməyə sərf edir.
 5. Təhsilin 4-cü mərhələsi bakalavr və magistr təhsilini əhatə edir. Eyni qayda ilə bu mərhələdə də əsas diqqət tələbənin seçmiş olduğu ixtisasına ən yüksək səviyyədə yiyələnməsinə yönləndirilir. İxtisasına uyğun olmayan fənnlərlə tələbənin yüklənməsinə yol verilmir. 
 Dövlət Ali təhsil alaraq hər hansı ixtisasa yiyələnmiş, yaxud seçdiyi peşəyə yiyələnərək müvafiq diplom ( yaxud serdifiqat) almış məzunu ixtisasına və peşəsinə uyğun işlə təmin etməyə borcludur və etməlidir.
6. Təhsilin 4-cü mərhələsi üst Akademik Ali təhsil adlanır. Təhsilin bu mərhələsində şəxs ixtisasını daha üstün bir səviyyəyə çatdırır və müvafiq Alimlik dərəcələri qazanır.
5. Müəllimlərə bu günkü şərtlərə və qiymətlərə uyğun olaraq bağça müəllimlərinə 400 azn. Orta, təmayül, peşə məktəbində çalışan müəllimlərə 500-600 azn. Ali və yüksək ali təhsil müəssisələrində işləyənlərə 800-1200 azn. civarında fiks maaş təyin edilir. GZTC- nin hər bir vətəndaşı dövlət hesabına təhsil sığortasına sahib olur. Təhsil sığortasının məbləği bağça təhsili üçün aylıq 200 (iki yüz) azn, orta təhsil, təmayül və peşə təhsili üçün aylıq 300 (üç yüz) azn, Ali təhsil və yüksək Ali təhsil üçün aylıq 500 azn. təşkil edir. Təhsil sığortası məbləğinin 10 (on) ayı təhsil haqqı xərcinə, qalan 2 (iki) ayı isə uşaqların, şagirdlərin, tələbələrin tətil xərcləri üçün sərf olunur. Bağça təhsil sığortası tam şəkildə uşağın getdiyi bağçanın hesabına köçür. Həmin məbləğin 60% bağçada çalışanların əmək haqqlarına əlavə şəkilində ödənilir. Qalan 40% məbləği isə bağçanın digər xərclərinə(təmir, avadanlıqlar alınmasına və s.) sərf olunur. Orta təhsil alan şagirdin təhsil sığortası məbləğinin 60% məktəbin hesabına köçürülür. Həmin məbləğin 60% müəllimlərin aylıq əmək haqqlarına əlavələr hesablanaraq ödənilir, 40% isə məktəbin digər xərclərinə(təmir, avadanlıqlar alınmasına və s.) sərf olunur. Sığortanın qalan 40% şagirdin ixtiyarında qalır. Şagird ona əlavə dərs keçməsi müqabilində istədiyi müəllimlə müqavilə bağlamaqla zəhmət haqqını həmin məbləğdən ödəyir. Təmayül və peşə təhsili zamanıda təhsil sığortası 300 azn-dir və bölgüsüdə orta təhsildəki bölgüyə uyğun tətbiq edilir. Ali və Yüksək Ali təhsil zamanı isə tələbənin təhsil sığortasının 60% Ali təhsil müəssisəsinin hesabına köçürülür. Həmin məbləğin 60% çalışan personalın əmək haqqlarına artım şəkilində ödənilməsinə, 40% məbləğ isə Ali təhsil müəssisəsinin digər xərclərinə sərf olunur. Tələbənin ixtiyarında qalan 40% məbləğ isə tələbənin yataqxana, yol haqqı və digər xərcləri üçün sərf olunur. Təhsil sığortası məbləği bu konsepsiyada nəzərdə tutulmuş məqsədlərdən başqa, digər heç bir məqsəd üçün sərf oluna bilməz! Digər başqa məqsədlərə yönləndirilə bilməz!Təhsil sığortasından müəllimlərin fiks əmək haqqlarına əlavə olaraq ödənilməsi nəzərdə tutulan məbləğ müəllimlər arasında bərabər şəkildə bölünmür. Hər bir tədris olunan fənnlər üzrə şagird və tələbələrin  aylıq, rüblük və illik olmaqla hər birinin ballar üzrə (2;3;4;5;6;7;8;9;) mənimsəmə faizləri hesablanır. Şagirdlər və tələbələr arasında biliyin mənimsəmə faizinə uyğun olaraq hər bir fənn müəlliminin fiks maaşının üzərinə, təhsil sığortası məbləğindən, əlavə əmək haqqı hesablanıb, ödənilir. Hər bir fənn üzrə şagird və tələbələrin biliyinin mənimsəmə faizi yüksək olan fənn müəllimi daha yüksək əmək haqqı, aşağı olan müəllim isə daha az əmək haqqı alacaq. Bu sistem müəllimlərin şagirdlərinə, tələbələrinə daha yüksək bilik mənimsətməyə çalışmaqla daha yüksək əmək haqqı almalarını stimullaşdırır. Eyni zamanda 5-9-cu siniflərdə, təmayül və peşə məktəblərində təhsil alan şagirdlərin, Ali və Yüksək Ali təhsil alan tələbələrin özlərinin ixtiyarında qalan təhsil sığortası məbləğidə şagirdin və tələbənin göstərdiyi qiymət göstəricisinə uyğun olaraq, aşağı göstəricisi olanlardan məbləğin 30% alınaraq, yüksək göstəricisi olan şagird və tələbələrin təhsil sığortalarının üzərinə əlavə olunur.  Bu sistem hər bir şagird və tələbənin dərslərinə daha yaxşı hazırlaşmasına və yüksək göstərici əldə etməsinə stimul verəcək! Təhsil dövründə gündəlik dərslərin öyrənilməsinin 90% məktəbdə mənimsənilir, yalnız 10%-dən artıq olmamaqla ev tapşırığı verilir.
Dövlətimiz, Millətimiz, El-obamız üçün uğurlu, xeyirli olsun!
Hər kəsin təklifi, rəyi nəzərdən keçiriləcəkdir. Layihənin müəlliflik hüququ qorunur!

Göyçə-Zəngəzur Türk Cumhuriyyəti və Göyçə-Zəngəzura Qayıdış Birliyi Mətbuat Xidməti.
12.08.2022.



Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Dekabr 2024    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
23242526272829
3031 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar