Sizin Reklam Burada
Xəbər lenti
23-12-2024
22-12-2024
BÜTÜN XƏBƏRLƏR

Qarabağa buraxılan və buraxılmayan erməni siyasətçilər - Tapşırıq kimdən gəlir?

Tarix: 12-08-2022 17:09     Baxış: 3309 A- / A+
Manevr.az xəbər veririk ki, bunu yenisabah.az-a açıqlamasında siyasi şərhçi İlqar Vəlizadə bildirib.
Qeyd edək ki, ötən gün Ermənistan “Hayastan” fraksiyasının bir sıra deputatı qanunsuz olaraq Rusiya sülhməramlılarının müvəqqəti yerləşdiyi Azərbaycan ərazilərinə səfər ediblər. Onlar Laçın şəhəri və Zabuxda olub, köçməyə hazırlaşan sakinlərlə söhbət aparıblar. Fraksiya üzvlərinin Xankəndiyə səfəri də gözlənilir.
Mövzunun maraqlı tərəfi budur ki, bundan təxminən 2 həftə öncə Ermənistanın “İrs” partiyasının sədri, sabiq XİN rəhbəri Raffi Ovanesyan Qarabağa qanunsuz səfər etmək istəsə də, onu Laçın dəhlizindən geri qaytarmışdılar.
Müxalifət üzvlərinin Qarabağa qanunsuz getmələrinə icazə verən Ermənistanın Baş naziri niyə bəzi siyasilərin bölgəyə gediş-gəlişinə qadağa qoyub? Yoxsa bu, Paşinyanın artıq müxalifəti, əsasən də, radikal qruplaşmaları öz hakimiyyətinə təhdid görmədiyi üçün ortaya atılan bir addımdır? Paşinyanın "qara siyahı"sında daha kimlər var?
Siyasi şərhçi İlqar Vəlizadə, öz növbəsində, bildirib ki, buradakı məntiq ondan ibarətdir ki, Qarabağa buraxılmayan insanlar hansısa daxili siyasi məqsədlər çərçivəsində Paşinyanın siyasətinə zidd olan addımlar atıblar:
“Onlar “Qarabağ kartı”ndan istifadə edərək bu məsələni daxili siyasi müstəvisinə köçürmək üçün istifadə edirlər. Ona görə də bu, Qarabağa qanunsuz səfərlər Paşinyanı "vurmaq" üçün həyata keçirilir. Amma Ermənistan Baş naziri səfərlərin planından xəbər tutaraq müəyyən qabaqlayıcı addımlar atır.
“Hayastan” blokunun Qarabağa səfər etməsi, çox güman ki, onun cari siyasətinə təsir göstərmir. Paşinyan artıq müxalifəti ciddiyə almır”.
Siyasi şərhçi deyib ki, radikal müxalifətin mövcudluğu Paşinyanın əlində bir “kozır”dır:
“Çünki onların çoxu nəinki anti-Paşinyan, hətta bəzi hallarda anti-Rusiya qüvvələridir. Çox maraqlıdır ki, Ermənistanın Baş naziri onların mövcudluğundan istifadə edir və moderatorlara, xüsusilə də Rusiyaya demək istəyir ki, baxın, ölkədə belə qüvvələr var və onların fəallığı son nəticədə razılaşmaların pozulmasına gətirib çıxaracaq.
Bəs niyə Rusiya sülhməramlıları onları Qarabağa buraxırlar? Onlar kənardan alınan tapşırıqlarla uyğun addımları atırlar. Yəni sülhməramlılar artıq siyasi yox, texniki rol oynayırlar. Onlara deyirlər, Raffi Ovanesyanı buraxma, buraxmırlar...” - deyə müsahibimiz fikirlərini yekunlaşdırıb.

Manevr.az

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Dekabr 2024    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
23242526272829
3031 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar