Sizin Reklam Burada
Xəbər lenti
23-12-2024
22-12-2024
BÜTÜN XƏBƏRLƏR

Növbəti təxribat: “Ermənistan bunun bədəlini çox ağır ödəyəcək“

Tarix: 12-08-2022 15:28     Baxış: 4310 A- / A+

"Ermənistan iqtidarının Qarabağa son 2 ildə barmaqla sayılacaq səfərləri fonunda hazırda növbəti deputat qrupunun Azərbaycan ərazilərinə getməsi təbii ki, rəsmi Bakının sərt reaksiyasına gətirib çıxaracaq".

Manevr.az milli.az-a istinadla xəbər verir ki, bunu hərbi ekspert Ədalət Verdiyev deyib.
Onun sözlərinə görə,  sülhməramlı kontingent və ermənilər Azərbaycanın səbr kasasını daşırmağa risk etməməlidirlər:
"Vətən müharibəsindən sonrakı dövrdə Qarabağa səfər edən demək olar ki, bütün erməni rəsmiləri bu səfərlərdən qısa müddət sonra Nikol Paşinyan tərəfindən vəzifədən azad edilib. Bura həm Ermənistanın XİN rəhbəri Ara Ayvazyan, həm də müdafiə nazirini misal göstərə bilərik. Ümumilikdə götürdükdə, sülhməramlıların müvəqqəti nəzarətində olan Qarabağ ərazilərinə erməni deputatların səfərinin Paşinyan tərəfindən təqdir edilmədiyi şübhə doğurmur. 
İstənilən halda Azərbaycan ərazilərinə rəsmi Bakı ilə razılaşdırılmayan səfər təxribat xarakterlidir. Rusiya sülhməramlıları üzərinə düşən funksiyanı yerinə yetirməli və bu səfərin qarşısı alınmalıdır. Əks təqdirdə Azərbaycanın razılığı olmadan Azərbaycan torpaqlarına addım atan hər kəs Azərbaycan hüquq mühafizə orqanları üçün legitim obyektdir. Həmin şəxslərin saxlanılması mümkün olmadıqda onların Azərbaycan ərazisində legitim hədəfə çevrilməsi də mümkündür. 
Həm Fərrux əməliyyatı ilə, həm "Qisas" əməliyyatı ilə Azərbaycan tərəfi həm Rusiya sülhməramlılarına, həm də Ermənistan və separatçı rejim "rəhbərliyinə" Azərbaycan ərazilərində təhlükəsizliyə zəmanət verə biləcək qüvvənin kim olduğunu çox aşkar şəkildə nümayiş etdirib. 
Hesab edirəm ki, adını çəkdiyim bu üç qurumdan heç biri Azərbaycanın səbr kasasını daşırmağa risk etməməlidir. Bunun nəticələri Ermənistan üçün çox ağrılı-acılı ola bilər". 
Qeyd edək ki, "Ermənistan" fraksiyasının deputatları Azərbaycanın Qarabağ bölgəsinə qanunsuz səfər ediblər. Onların arasında Aqnes Xamoyan, Aram Vardevanyan, Aqvan Vardanyan, Anna Qriqoryan, Artur Sarkisyan var. Onlar Zabux və Laçında sakinlərlə görüşüb söhbət ediblər. Bu gün onların Xankəndinə gedəcəyi bildirilir. Lakin deputatların səfərin təfərrüatlarını açıqlamamağa çalışdıqları diqqətdən yayınmayıb.

Manevr.az

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Dekabr 2024    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
23242526272829
3031 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar