Xəbər lenti
"Bu səfər Azərbaycan- Türkiyə sarsılmaz birliyini bir daha dünyaya göstərdi" - Aqil Məmmədov
Xəbər verdildiyi kimi Azərbaycan Prezidenti İlham Əliyev və Birinci Xanım Mehriban Əliyeva Türkiyənin Konya şəhərində V İslam Həmrəyliyi Oyunlarının açılış mərasimində iştirak etmək üçün qardaş ölkəyə səfərə gedib.
Açılış mərasimində iştirak edən dövlət, hökumət və nümayəndə heyətləri başçılarının şərəfinə verilən şam yeməyi zamanı isə Türkiyə lideri Rəcəb Tayyib Ərdoğanla İlham Əliyevin fotoları sosial şəbəkələrdə trendə çevrilib. Fotolarda Ərdoğan və Əliyevin əl-ələ, gülərək söhbət etmələri sosial şəbəkələrdə Azərbaycan Ordusunun son antiterror əməliyyatına Türkiyənin tam və birmənalı dəstəyinin görüntüsü və dünyaya mesaj kimi qiymətləndirilib.
Ölkə başçısının qardaş ölkəyə səfərini dəyərləndirən Milli Məclisin deputatı Aqil Məmmədovun sözlərinə görə ölkə başçısını qardaş ölkəyə budəfəki səfəri həssas dövrə təsadüf edirdi: “V İslam Həmrəyliyi Oyunlarının açılış mərasimində Azərbaycan Prezidenti cənab İlham Əliyevin iştirakı və orada keçirdiyi görüşlər bir sıra yönləri ilə əhəmiyyətlidir. Türkiyə Prezidentinin dəvəti ilə reallaşan bu səfər zamanı Prezident İlham Əliyev demək olar ki, Həmrəylik Oyunlarının ən ali qonağı idi”.
Millət vəkili səfər zamanı Prezident İlham Əliyevin Quzey Kıbrıs Türk Cümhuriyyətinin Prezidenti və Fələstinin baş naziri ilə görüşlərnin də xüsusi önəm daşıdığını vurğulayıb: “Bu, Prezident İlham Əliyevin Quzey Kıbrısın Prezidenti Ersin Tatarla ilk görüşü idi. Bu görüş istər Türkiyə mediasında, istər Quzey Kıbrısda böyük rəğbətlə qarşılandı. Həmçinin sosial şəbəkələrdə də həm Azərbaycandan, həm də Türk dünyasından olan insanlar bu görüşə Azərbaycanın, onun prezidentinin Quzey Kıbrısa göstərdiyi bu diqqətə, həssasiyyətə görə öz məmnunniyyətlərini, minnətdarlıqlarını ifadə edirdilər. Azərbaycan Türk ölkələri arasında inteqrasiya, Türk dünyasının birliyi istiqamətində birmənalı mövqe ifadə edir və bu yöndə sistemli iş aparır. Quzey Kıbrıs Prezidenti ilə görüş də bu mənada olduqca əhəmiyyətlidir və bu siyasətin göstəricisidir”.
A.Məmmədov bildirib ki, indiki həssas məqamda Azərbaycan Prezidentinin Fələstinin baş naziri ilə görüş də xüsusi anlam daşıyır: “Məlumdur ki, son günlər Qəzza bölgəsində gərginlik yaşanır. Azərbaycan İsraillə yüksək münasibətlərə rəğmən hər zaman Fələstin xalqının və dövlətinin haqlarını müdafiə edib”.
Azərbaycan və Türkiyə prezidentlərinin Konyadakı görüşünə gəlincə millət vəkilinin sözlərinə görə İlham Əliyevlə Rəcəb Tayyib Ərdoğanın hər bir görüşü həm cəmiyyətlər üçün, həm dünya üçün maraq kəsb edir: “Demək olar ki, bu görüşlərin, bu görüşlərdəki xüsusi isti münasibətlərin diqqət çəkməsi, hadisəyə çevrilməsi ənənə halını alıb. Budəfəki görüş də bu qəbildən oldu. Bu səfər və görüş, iki lider arasında səmimi, mehriban jestlər bir daha Azərbaycan və Türkiyənin sarsılmaz birliyini dünyaya nümayiş etdirdi”.
Manevr.az
Xəbəri paylaş
Çox oxunanlar
Son yüklənənlər
Axtarış
Reklam
Ədəbiyyat
Kriminal
Yazarlar
Emil Rasimoğlu
Sevinc QƏRİB
KƏRAMƏT
KƏRAMƏT
Emil Rasimoğlu
KƏRAMƏT
Sorğu
Portalımızı dəyərləndirin.
Çox oxunanlar