Sizin Reklam Burada
Xəbər lenti
03-02-2026
02-02-2026
BÜTÜN XƏBƏRLƏR

Azərbaycanlıların Ermənistana qayıtması reallıqdır - Larisa Alaverdyan

Tarix: 11-08-2022 12:11     Baxış: 3331 A- / A+


Azərbaycanlıların Ermənistana qayıtması reallıqdır - Larisa Alaverdyan

Azərbaycan Prezidenti İlham Əliyev 1988-ci ildən sonra Ermənistandakı yaşayış məntəqələrini və evlərini tərk etmiş azərbaycanlıların geri qaytarılmasını dəqiq vəzifə kimi qarşıya qoyub. Artıq bu əməliyyat ardıcıl olaraq həyata keçirir.
Manevr.az  xəbər verir ki, bu sözləri Ermənistanın “Məhkəmə özbaşınalığına qarşı” təşkilatının icraçı direktoru, tanınmış ictimai xadimi Larisa Alaverdyan söyləyib.
“Azərbaycanlılar Ermənistanın demək olar ki, bütün rayonlarında yaşayırdılar”, - deyən Alaverdyan mövcud geosiyasi vəziyyətin Azərbaycanın xeyrinə dəyişdiyinin artıq reallıq olması ilə barışmaqdan başqa yol görmədiyini söyləyib.
Otuz dörd il əvvəl Zəngəzurda, konkret olaraq, Ağudi kəndində yaşayan azərbaycanlılarla söhbətini xatırladan Alaverdiyan onların şərait yaranacağı təqdirdə buralara qayıda biləcəkləri ilə bağlı dediklərini xatırlayıb. Bildirib ki, artıq həmin azərbaycanlıların gözlədikləri şərait yaranıb.
Qarabağın erməni sakinlərinin gələcək taleyi ilə bağlı suala gəlincə, erməni ictimai-xadim onların Azərbaycan vətəndaşları kimi yaşamaqdan başqa yollarının olmadığını etiraf edib./modern.az

Manevr.az

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Fevral 2026    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
232425262728 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar