Sizin Reklam Burada
Xəbər lenti
23-12-2024
22-12-2024
BÜTÜN XƏBƏRLƏR

Qərbi Azərbaycana (ermənistana) Qayıdış Birliyinin adı dəyişiləcək

Tarix: 09-08-2022 14:46     Baxış: 3601 A- / A+
Göyçə-Zəngəzur Türk Cumhuriyyəti və Qərbi Azərbaycana (ermənistana) Qayıdış Birliyi Mətbuat Xidmətinin məlumatı. 
08 avqust 2022-ci il tarixində QAQB sədri Rizvan Talıbovun təşəbbüsü ilə Qərbi Azərbaycana (ermənistana) Qayıdış Birliyinin təsisçilərinin iştirakları ilə onlayn konfransı keçirilmişdir. Konfransı açaraq çıxış edən QAQB sədri Rizvan Talıbov qeyd etdi ki, laqeydliyimiz, biganəliyimiz, zamanında təşkilatlana bilməməyimiz, bir çox hallarda yad hökümətlərin bizləri təşkilatlanmağa qoymamaları səbəbindən üzərində Ermənistan dövləti qurulmuş tarixi torpaqlarımızdan zaman-zaman deportasiyalara və soyqırımlara məruz qoyulduq. Ermənistan hakimiyyətinin SSRİ rəhbərliyinin hərtərəfli dəstəyi ilə 1988-1991-ci illərdə həyata keçirtdikləri son deportasiya zamanı 500000(beş yüz min)-dən artıq azərbaycanlı əhali tarixi yurdlarını tamamilə tərk etmək məcburiyyətində qaldı. (Bu gün onların sayı qeyri-rəsmi hesablamalara görə 1500000(bir milyon beş yüz min) nəfəri keçmişdir.) Onlar qaçqın kimi vətənimiz Azərbaycana pənah gətirdilər. Lakin təəssüflə qeyd etməliyəm ki, həmin dövrdə Azərbaycan SSR rəhbərliyində əsasən erməni və rus başlılar hakimiyyətin yüksək pillələrində bərqərar edildiklərindən qaçqın düşmüş, ermənilər tərəfindən mal-mülkləri əllərindən alınmış, köməksiz, aciz vəziyyətə salınmış soydaşlarımıza heç bir maddi-mənəvi köməkliklər edilmədi. Onların çətin şərtlər altında öz həyatlarını nizamlamağa çalışmaq cəhdlərinə belə həmin dövr Azərbaycan hakimiyyəti tərəfindən müxtəlif əsassız bəhanələrlə hər cürə maneçiliklər yaradıldı. Soydaşlarımıza müxtəlif aşağılayıcı adlar qoyuldu. Yüzlərlə soydaşımız haqqsız yerə, guya Bakıda, Sumqayıtda, Gəncədə və digər ərazilərimizdə yaşayan erməni əsilli insanları köçə zorlamaq məzsədi ilə onlara qarşı zor göstərdikləri, təzyiqlər etdikləri bəhanələri ilə həbslərə salındılar, işgəncələrə məruz qoyuldular. Azərbaycanın o dövrdəki hakimiyyəti tərəfindən soydaşlarımıza qarşı uyğulanan bu haqqsız təzyiqlər rəhmətlik Əbülfəz Elçibəy öndərliyində AXC-nin rəhbərliyi altında suverenliyimizi, dövlət müstəqilliyimizi yenidən bərpa etdiyimiz günlərə qədər davam etdi. Qeyd etmək yerinə düşər ki, Ermənistandan qovulmuş Azərbaycana pənah gətirmiş çoxsaylı soydaşlarımız silaha sarılaraq o zamankı Dağlıq Qarabağ torpaqlarımız uğurunda mücadiləyə qoşuldular. Eyni zamanda suverenliyimiz, müstəqilliyimiz uğurunda Azərbaycan xalqı ilə birgə çiyin-çiyinə mübarizə apardılar! Əbülfəz Elçibəy Öndərliyində müstəqilliyimizi qazandıqdan, AXC hakimiyyəti və ondan sonra Ulu Öndər Heydər Əliyevin hakimiyyətə gəlməsindən sonra soydaşlarımıza qarşı olan haqqsız təzyiqlərə son qoyuldu. Bu zamandan sonra Ermənistandan zorakılıqla qovulmuş soydaşlarımız Azərbaycan cəmiyyətinə inteqrasiya olunaraq, Azərbaycan cəmiyyəti içində layiqli yerlərini tutmağı bacardılar. Lakin 34 il keçməsinə baxmayaraq bizlər Erməni əsirliyində qalmış tarixi yurdlarımızı unutmadıq, unutmayacağıq! Tarixi yurdlarımız uğurundakı mücadiləmiz davam edəcək! Xatırlatmaq yerinə düşər ki, bu mücadilədə QAQB-nin əvəzolunmaz,misilsiz xidmətləri var. 18 il ərzində tarixi yurdlarımızın unutdurulmasına yol verməmək üçün QAQB-nin təşkilatçılığı ilə çoxsaylı aparıcı şəxslərimizin, on minlərlə üzvlərimizin, tərəfdarlarımızın dəstəkləri və aktiv iştirakları ilə çoxsaylı dəyirmi masalar, konfranslar, toplantılar, görüşlər, geniş salonlarda "Tarixi Yurdlarımızı Anma Günü" adlı tədbirlər, İrəvan Dövlət teatrının rəhbərliyinin dəstəyi və aktyorlarının iştirakları ilə yurdlarımıza Qayıdışımızı təşviq edən teatrlaşdırılmış səhnələrin nümayişlərinə nail olmuşuq. Hesab edirəm ki, ən böyük uğurlarımızdan biri isə QAQB Ali Məşvərət Şurası üzvlərinin əksəriyyətinin qərarı ilə 10 mart 2021-ci il tarixində Göyçə-Zəngəzur Türk Cumhuriyyətimizin yaradıldığını elan edən Bəyannaməmizin qəbul edilməsidir. Hal-hazırda GZTC dövlətimizin strukturları aktiv şəkildə fəaliyyət göstərirlər. Dövlətimizin dünyada tanınması və zaman içində üzərində dövlət elan etdiyimiz tarixi torpaqlarımız üzərində bərqərar olması üçün uğurlu, zəruri fəaliyyətlərini davam etdirirlər. Tarixi yurdlarımıza yenidən sahib olacağımız o yurdlarımız üzərində şanlı bayraqlarımız dalğalanana qədərdə mücadiləmiz davam edəcəkdir! Rizvan Talıbov çıxışının sonunda yerindən- yurdundan qovulmuş bütün soydaşlarımızı haqqlarımız uğurundakı mücadiləmizdə aktiv olmağa, laqeydliyin, biganəliyin daşını ataraq yurd mubarizəmizə hərtərəfli aktiv dəstək verməyə çağırış etdi. Təsisçilər yığıncağının yekunu olaraq qərara alındı:
1.09 avqust 2022-ci il tarixindən Qərbi Azərbaycana (ermənistana) Qayıdış Birliyinin adı dəyişdirilsin və Göyçə-Zəngəzura Qayıdış Birliyi adlandırılsın.
2. Göyçə-Zəngəzura Qayıdış deyəndə, azərbaycanlı əhalinin indiki Ermənistandakı tarixi yurdlarından zaman-zaman silah gücünə, zorakılıqla qovulduqları, indiki Ermənistandakı bütün tarixi yurdlarımıza Qayıdışımız nəzərdə tutulsun.
3.Qərbi Azərbaycana (ermənistana) Qayıdış Birliyinin nizamnaməsində ad dəyişikliyi edilsin və dövlət qeydiyyatına alınması üçün bir ay müddətində Göyçə-Zəngəzura Qayıdış Birliyi adı ilə nizamnaməsi hazırlanıb Ədliyyə nazirliyinin qeydiyyat Baş İdarəsinə təqdim olunsun. Dövlətimiz, Millətimiz, El-obamız üçün uğurlu, xeyirli olsun!

Göyçə-Zəngəzur Türk Cumhuriyyəti və Qərbi Azərbaycana (ermənistana) Qayıdış Birliyi Mətbuat Xidməti
 09.08.2022


Manevr.az

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Dekabr 2024    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
23242526272829
3031 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar