Sizin Reklam Burada
Xəbər lenti
05-02-2025
04-02-2025
BÜTÜN XƏBƏRLƏR

Regionda nə baş verir? – Sürətli prosesin pərdəarxası

Tarix: 09-08-2022 12:08     Baxış: 3263 A- / A+


“Zəngəzur məsələsinin intensivləşməsi məhz həmin məsələlərin öz həllini tapmasına bağlıdır”.

Manevr.az xəbət verir ki, bunu yenisabah.az-a açıqlamasında politoloq Əziz Əlibəyli deyib. O, bir neçə gündür ki, Türkiyə, Rusiya, Azərbaycan və Ermənistan arasında dövlət rəsmilərinin telefon danışıqlarının səbəbini izah edib.
Ə. Əlibəyli bildirib ki, hazırda Azərbaycanın Ermənistanla sərhəd bölgələrinin təhlükəsizliyi məsələsi aktualdır:
“Gündəmi zəbt edən əsas məsələ Laçından ermənilərin çıxması və onların aqibəti ilə bağlı məsələlərin müzakirələridir.
Azərbaycanın hər zaman sülh və diplomatiya yolu ilə razılıq əldə etməsinin şahidi olmuşuq. Lakin 10 noyabr sazişinin öhdəlikləri yerinə yetirilməzsə Azərbaycan tərəfindən hərbi əməliyyatların keçirilməsi qaçılmazdır. Üçtərəfli razılaşmanın üzərindən artıq iki il keçib, lakin hələ də yerinə yetirilməyən müddəalar var. Buna görə də Qarabağda baş verən proseslərin dayanmadığnı müşahidə edə bilərik”.
Politoloq bildirib ki, Qarabağda keçirilmiş “Qisas” antiterror əməliyyatı proseslərin dayanmadığının sübutudur:
“Bu prosesləri biz belə oxumalıyıq: İlk olaraq ermənilərin daxildən çıxarılması, ikinci olaraq isə sərhədlərimizin möhkəmləndirilməsi. 
Bu iki istiqamətdə addımlar tam olaraq başa çatdıqdan sonra isə Zəngəzur məsələsi əsas planda olacaq.
Zəngəzur məsələsinin intensivləşməsi məhz həmin məsələlərin öz həllini tapmasına bağlıdır. Azərbaycanda proseslər hazırda hərbi və siyasi olaraq davam edir.

Manevr.az

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Fevral 2025    »
BeÇaÇCaCŞB
 12
3456789
10111213141516
17181920212223
2425262728 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar