Sizin Reklam Burada
Xəbər lenti
23-12-2024
22-12-2024
BÜTÜN XƏBƏRLƏR

Qərbi Azərbaycana qayıtmağın vaxtı yetişib...

Tarix: 08-08-2022 19:18     Baxış: 4337 A- / A+
Azərbaycan təcavüzkar Ermənistanın 30 illik işğalına son qoyaraq torpaqlarını azad edib. İndi əsas məsələ vaxtilə Qərbi Azərbaycandan qovulan soydaşlarımızın öz dədə-baba yurdlarına gediş-gəlişini təmin etməkdir.
 
Manevr.az xəbər verir ki, bunu modern.az-a  açıqlamasında Milli Məclisin Elm və təhsil komitəsinin üzvü, Azərbaycan Milli Elmlər Akademiyasının müxbir üzvü Musa Qasımlı bildirib.
 
Tarixçi alim soydaşlarımızın Qərbi Azərbaycana qayıdışının mümkünlüyünü istisna etməyib:
 
“Hamıya aydındır ki, indiki Ermənistan Respublikası adlandırılan ərazi əslən tarixi Azərbaycan torpaqlarından ibarətdir. Orada azərbaycanlıların məzarları var. Ermənistan hakimiyyəti ərazisindəki azərbaycanlılara aid bütün tarixi və mədəni abidələri darmadağın edib. Sonuncu nümunə İrəvandakı Təpəbaşıdır.  Məsələ burasındadır ki, hər bir şəxs özünün valideynlərinin, dədə-babalarının məzarını ziyarət etmək haqqına malikdir. Ancaq bu gün Ermənistandan vəhşicəsinə qovularaq qaçqına çevrilən azərbaycanlıların həmin hüquqları kobudcasına pozulur. Azərbaycanlılar tarixi yerlərindəki məzarlarını ziyarət edə bilmirlər. Azərbaycanlılar dədə-baba torpaqlarına qayıda bilmirlər”.
 

Deputatın sözlərinə görə, Ermənistan tərəfi Qərbi Azərbaycandan olan insanların hüquqlarını təmin etməlidir:
 
“Soruşulur, əgər azərbaycanlılar öz tarixi torpaqlarında qayıdıb yaşaya bilmirlərsə, onda Azərbaycan ərazisindəki ermənilər bu hüquqdan necə istifadə edirlər? Bu gün Azərbaycan ərazisində ermənilər yaşayırlar. Onların saylarından asılı olmayaraq, kilsələri var. Həmin kilsələrdən Bakının mərkəzində var və dövlət tərəfindən qorunub saxlanlır. Ancaq Ermənistanda anadan olmuş azərbaycanlıların bu hüquqları yoxdur. Əgər ermənilərin hüquqlarını biz təmin ediriksə, Qərbi Azərbaycandan olan insanların hüququnu da Ermənistan təmin etməlidir”.
 
Qeyd edək ki, ötən həftə erməni separatçılarının Qarabağda törətdikləri təxribatlara şanlı Azərbaycan ordusu “Qisas” əməliyyatı ilə tutarlı cavab verib. Qısa zaman ərzində Rusiya sülhməramlılarının müvəqqəti nəzarət etdiyi ərazilərdə keçirilən antiterror əməliyyatından sonra Zəngəzur dəhlizinin açılması, tarixi Azərbaycan ərazilərinə gediş-gəlişin təmin edilməsi, qərbi azərbaycanlıların öz dədə-baba yurduna qaytarılması, Göyçə və Zəngəzurun da qaytarılması məsələləri gündəmə gəlib.
 
Ekspertlər düşünür ki, ermənilər 10 noyabr üçtərəfli bəyanata əməl etmədiyi təqdirdə, Azərbaycan öz tarixi torpaqlarına qayıdış məsələsini önə çəkməli və bununla bağlı Ermənistan qarşısında tələblər qoymalıdır. 

Manevr.az

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Dekabr 2024    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
23242526272829
3031 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar