Xəbər lenti
Moskva da geri çəkildi: Zəngəzur dəhlizi açılır
Rusiya sülhməramlı qüvvələri Zəngəzur-Ağarak yolunu nəzarətə götürüb.
Bu barədə Ermənistan mətbuatı məlumat yayıb. Məlumatda bildirilir ki, Zəngəzur-Ağarak yolundan keçən Ermənistan vətəndaşları sülhməramlılar tərəfindən saxlanılaraq yoxlanılır. Həmin yoldan isitifadə edən Ermənistan vətəndaşları çətinliklə üzləşdiklərini deyərək, hakimiyyət orqanlarına narazılıqlarını bildiriblər. Hökumət isə hələlik heç bir izahat verməyib.
Xatırladaq ki, 10 noyabr (2020) üçtərəfli Bəyanatında da bu məsələ öz əksini tapıb. Bəyanata görə, Azərbaycanın əsas hissəsi ilə Naxçıvan Muxtar Respublikasının birbaşa quru əlaqələrinin yaranması üçün Zəngəzur dəhlizi açılmalıdır. Dəhlizin təhlükəsizliyi isə Rusiya sülhməramlı qüvvələrinin öhdəliyinə düşür. Prosesin gedişi onu deməyə əsas verir ki, artıq Zəngəzur dəhlizi açılır. Ermənistan tərəfi prosesi yubatmağa çalışsa da, bu məsələdə Azərbaycanın mövqeyi birmənalı və qətidir. Prezident İlham Əliyev də çıxışlarında dəfələrlə açıq şəkildə bəyan edib ki, Zəngəzur dəhlizi açılacaq. Qeyd edək ki, erməni mətbuatının yazdığına görə, bu, artıq Zəngəzurda üçüncü maneədir və belə yolların ikisinə Azərbaycan nəzarət edir. Bununla yanaşı, Ermənistanın Milli Təhlükəsizlik Xidmətinin əməkdaşları da sürücüləri saxlayıb, əsir düşməmək üçün onları ehtiyatlı olmağa, avtomobilləri ərazidən sürətlə uzaqlaşdırmağa çağırıb.
Politoloq Cümşüd Nuriyev məsələ ilə Cebhe.info-ya açıqlamasında deyib ki, bu, Azərbaycanın qələbəsidir:
“Əslində bu, Ərdoğanla Putinin görüşündən sonra gündəmə gəlib. Bu gün səhər Rusiya sülhməramlıları Ermənistana xəbər vermədən belə bir addım atıblar. Deməli, razılıq əldə olunub ki, Rusiya özünə arxayındır. Çünki Bəyanatda göstərilir ki, Zəngəzur dəhlizinə təhlükəsizlik əməkdaşları nəzarət etməlidir. Rusiya sülhməramlılarının bu əraziyə girməsinin özü ayrı bir məsələdir. Çünki Ermənistanın dövlət sərhədini Rusiya hərbçiləri qoruyur. Sülhməramlıların o əraziyə girməsi Rusiyanın razılığına dəlalət edir. Digər tərəfdən, qarşıdan qış gəlir, Rusiyanın da Avropya çıxışı yoxdur, İran üzərindən də bu mümkün deyil. Rusiya Xəzər dənizi üzərindən də bunu həyata keçirə bilmədi, çünki İranın müvafiq infrastrukturu yoxdur. Ona görə də burada yeganə sərfəlisi və sürətlisi Zəngəzur dəhlizinin açılmasıdır. Rusiya da buna qərar verib. İndi hələlik Naxçıvana yaxın hissəni nəzarət götürüb. Növbəti mərhələdə yəqin ki, Zəngəzur dəhlizi bütövlükdə Rusiya sülhməramlılarının nəzarətinə keçəcək. Bu, Azərbaycan dövlətinin xarici siyasətinin və Ərdoğanın qələbəsidir.
Manevr.az
Xəbəri paylaş
Çox oxunanlar
Son yüklənənlər
Axtarış
Reklam
Ədəbiyyat
Kriminal
Yazarlar
Emil Rasimoğlu
Sevinc QƏRİB
KƏRAMƏT
KƏRAMƏT
Emil Rasimoğlu
KƏRAMƏT
Sorğu
Portalımızı dəyərləndirin.
Çox oxunanlar