Sizin Reklam Burada
Xəbər lenti
23-12-2024
22-12-2024
BÜTÜN XƏBƏRLƏR

““Qisas” əməliyyatının növbəti mərhələsi də keçirilə bilər”

Tarix: 07-08-2022 11:14     Baxış: 3257 A- / A+


Ermənistanın 2020-ci il noyabrın 10-da imzalanmış üçtərəfli Bəyanatla üzərinə götürdüyü öhdəlikləri yerinə yetirməməsi və xüsusilə, ölkəmizə məxsus olan və rusların müvəqqəti nəzarətində olan Qarabağ ərazisindən qanunsuz erməni silahlı dəstələrinin çıxarılmaması və son günlərdə atəşkəsin düşmən tərəfindən intensiv şəkildə pozulması nəticəsində əsgərimizin şəhid olması Azərbaycan tərəfini bu təxribatlara adekvat cavab vermək məcburiyyətində qoyub. Azərbaycan Ordusu çox qısa müddətdə Laçın ərazisindəki Sarıbaba və Qırxqız yüksəklikləri ilə yanaşı, onların ətrafındakı ərazilərdə yeni mövqeləri azad edib. Həmin ərazilər hazırda ordumuzun nəzarəti altındadır. Bundan başqa, düşmənin artilleriya vasitələri, sığınacaqları və texniki vasitələri sıradan çıxarılıb. Həmçinin bölmələrimiz tərəfindən ərazidə aparılan dəqiqləşdirmələr nəticəsində Buzdux dağı və ətrafındakı yüksəkliklər Azərbaycan Ordusunun nəzarəti altına keçib.

Bu barədə hərbi ekspert Ədalət Verdiyev AZƏRTAC-a açıqlamasında deyib.
O qeyd edib ki, hazırda həmin ərazilərdə ordumuz atəş sistemini və mövqeyini möhkəmləndirir. Sonuncu “Qisas” əməliyyatı düşmən tərəfinə kifayət qədər ciddi siqnal oldu. Belə ki, əgər bundan sonra da Ermənistan birgə bəyanatın şərtlərini yerinə yetirməsə, “Qisas” əməliyyatının növbəti mərhələsi də həyata keçirilə bilər.
“Azərbaycan qarşı tərəfin birgə Bəyanatın şərtlərini ya xoşluqla, ya da zorla icra etdirməsində israrlıdır. Azərbaycan üzərinə düşən öhdəliklərin icrasını imzalanma mərasimindən qısa müddət sonra yerinə yetirdiyi halda, məğlub tərəfin bu öhdəlikləri uzatması heç bir halda ölkəmiz üçün qəbul edilən vəziyyət ola bilməz. Bu azmış kimi, atəşkəsin pozulması və Azərbaycan əsgərinin öldürülməsi bağışlanan hal deyil. “Qisas” əməliyyatı qeyri-qanunu erməni silahlı qüvvələrinə xəbərdarlıq siqnalı kimi də qiymətləndirilə bilər. Əgər Ermənistan tərəfi bu əməliyyatdan düzgün nəticə çıxarmazsa, qanunsuz erməni silahlı dəstələr daha ağır zərbələrə məruz qalacaqlar”, - deyə Ə.Verdiyev vurğulayıb.
Azərbaycan Ordusu bölmələrinin keçirdiyi uğurlu “Qisas” əməliyyatı nəticəsində əhəmiyyətli hakim yüksəkliklər bölmələrimizin nəzarətinə götürülüb və düşmənin xeyli sayda canlı qüvvəsi və texnikası məhv edilib. Bu barədə, eləcə də qanunsuz erməni silahlı ünsürlərinə qarşı keçirilən bu əməliyyatın əhəmiyyəti haqqında danışan hərbi ekspert söyləyib ki, Ordumuzun erməni təxribatları nəticəsində həlak olan hərbi qulluqçumuzun qisasını almaq məqsədilə həyata keçirdiyi son əməliyyat iki mühüm strateji yüksəkliyin - Qırxqız və Sarıbabanın Azərbaycan Ordusunun tam nəzarətinə keçməsi ilə nəticələnib. Yalnız bu yüksəkliklər deyil, həm də onların ətrafında yerləşən digər mövqelər də artıq Azərbaycan Ordusunun nəzarətindədir. Həmin ərazilərdə ordumuz mövqelərinin möhkəmləndirilməsi, yol infrastrukturunun inkişaf etdirilməsi və atəş sisteminin qurulması ilə məşğuldur. Bu proseslərə orada yerləşən hərbi qulluqçularımızın, bölmə və hissələrin şəxsi heyətinin təhlükəsizliyinin təmin olunması istiqamətində atılan addımlar kontekstində baxılmalıdır.
Ə.Verdiyev deyib ki, Qarabağ ərazisində kifayət qədər çox sayda yüksəkliklər var. Amma Silahlı Qüvvələrimizin məhz Qırxqız və Sarıbaba istiqamətində yeni mövqelər əldə etməsi onu göstərir ki, Azərbaycan gələcəkdə mümkün təxribatların qarşısının alınmasında, xüsusilə də erməni hərbi birləşmələrinin Qarabağdan və Laçın ərazisindən çıxarılmasındakı mümkün fəaliyyətlərdə platsdarm kimi istifadə edə biləcəyi yüksəklikləri azad etməyə üstünlük verib.
O xatırladıb ki, 2016-cı ildə də Azərbaycan Lələtəpə və Talış kəndi ətrafındakı yüksəklikləri, eyni zamanda, Gülüstan istiqamətində bəzi mövqeləri, 2018-ci ildə isə Günnüt istiqamətindəki “Qızılqaya” və “Xunut” dağı yüksəkliklərini düşməndən azad edib. Vətən müharibəsi başlayanda 2016-cı və 2018-ci illərdə azad edilən bu yüksəkliklərin ölkəmiz üçün əks-hücum əməliyyatlarında nə qədər önəmli rol oynadığının da canlı şahidiyik.
“Odur ki, avqustun 3-də azad edilən Qırxqız və Sarıbaba yüksəkliklərinin gələcəkdə mümkün təxribatların qarşısının alınmasında və erməni silahlılarının Qarabağı tərk etməyəcəyi təqdirdə, “Qisas” əməliyyatının sonrakı mərhələlərində istifadə olunacağı heç bir şübhə doğurmur. Həmin yüksəkliklərin Azərbaycanın nəzarətinə keçməsi Laçın rayonu ərazisinə və həmin ərazidən keçən Laçın dəhlizinə vizual və atəş nəzarəti imkanlarımızı kifayət qədər gücləndirir.
Digər tərəfdən isə azad edilən yerlərin məhz Rusiya sülhməramlı kontingentinin müvəqqəti nəzarətindəki ərazilərdə olması bir daha birgə üçtərəfli bəyanatın şərtlərini yerinə yetirməkdə kifayət qədər ləng hərəkət edən Ermənistanın hərbi-siyasi rəhbərliyinə, həm də Qarabağdakı qanunsuz erməni silahlı birləşmələrinə rəhbərlik edən şəxslərə Azərbaycan ərazilərində söz sahibinin kim olduğu barədə çox dəqiq təsəvvür yaratmağa imkan yaradır.
Başqa tərəfdən isə Ermənistanın gələcəkdə üzərinə götürdüyü öhdəlikləri yerinə yetirməyəcəyi təqdirdə, ordumuzun Xankəndinə qarşı da mümkün əməliyyatların aparılmasında məlum yüksəkliklər mühüm əhəmiyyət daşıyacaq”, - deyə ekspert sözlərinə əlavə edib.

Manevr.az

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Dekabr 2024    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
23242526272829
3031 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar