Sizin Reklam Burada
Xəbər lenti
23-12-2024
22-12-2024
BÜTÜN XƏBƏRLƏR

“Onlar kimdir ki, Azərbaycan bayrağını yerə atıb hansısa gədanın azadlığını istəyirlər?”

Tarix: 05-08-2022 11:29     Baxış: 3347 A- / A+

Böyük Britaniya dünyanın ən güclü kəşfiyyatına sahib dövlətlərdən biridir. Londonun mərkəzində bir qrup radikal dindarın Azərbacyan səfirliyinə hücum etməsi birmənalı qarşılanmayıb. 
Ekspertlər hesab edirlər ki, bu insidentin baş verməsində həm də Britaniyanın kəşfiyyat orqanları məsuliyyət daşıyır. Onların fikrincə, Britaniya kəşfiyyatı terrorçuların bu çirkin niyyətindən zamanında xəbər tutub önləyici tədbirlər görməli idi.
Dünyanın aparıcı kəşfiyyat orqanına sahib olan Britaniya niyə vaxtında tədbir görə bilməyib?
Manevr.az-ın xəbərinə görə, insidenti yenisabah.az-a şərh edən təhlükəsizlik məsələləri üzrə ekspert İlham İsmayıl bildirib ki, burada iki tərəf də təqsirlidir:
“İlk növbədə, Londonda yerləşən səfirliyimizin təhlükəsizliyi yüksək səviyyədə qorunmalı idi. Təbii ki, Böyük Britaniya krallığının da öz məsuliyyəti var. Ən pis halları da düşümək lazımdır. Səfirliyimizə silahlı terrorist də girsə, daşnak ermənilər də girsə, belə çıxır ki, heç bir müqavimət olmayacaqdı. Silahlı olsaydılar, səfirliyimizin əməkdaşlarını da qətlə yetirə bilərdilər.
Sözün əsl mənsanında təhlükəsizliyi təmin etmədiyinə görə bu məsələdə Britaniya təhlükəsizlik orqanlarını günahlandırmaq lazımdır. Böyük Britaniya kəşfiyyatı dünyanın aparıcı kəşfiyyat sisteminə malikdir. Lakin belə görünür ki, işlərində boşluqlara yol veriblər. Britaniyada baş nazirin istefaya getməsi, siyasi proseslər və.s onları daha çox maraqlandırır, nəinki Azərbaycan səfirliyinə hücum olması.
Azərbaycan Britaniyaya çox sərt şəkildə öz etirazını bildirməlidir.
Səfirliyin təhlükəsizliyi təmin olunmnalıdır. Topla, tüfənglə, pulemyotla deyil, adi bir təhlükəsizlik tədbirləri ilə bunun qarşısı alına bilərdi. Bəlkə də insidenti törədənlərə qarşı müqavimət olub, lakin tam əminliklə deyə bilərəm ki, sadə vətəndaş belə baxsa müqavimət olmadığını müşahidə edə bilər”.
Ekspert səfirliyimizə hücum edən şəxslərin kimliyənə də işarə vurub. Qeyd edib ki, təxribatla məşğul olan adamlar radikal dindarlardır:
“Həmin dindarların tələbi nədir? Guya ki, Azərbaycanda onların nümayəndələri həbs olunub, onların azad edilməsini istəyirlər.
Azərbaycan bayrağını yerə atanların nümayəndələri Azərbaycandadırsa, onları heç bir zaman bura buraxmaq lazım deyil. Və onların yolunda olan hər bir kəsi cəzalandırmaq lazımdır. Profilaktik tədbir lazım deyil, məhz ən sərt şəkildə onların hər birini cəzalandırmaq lazımdır.
Yerə atdıqları o bayraq üçün minlərlə igid döyüşçü şəhid olub, qan tökülüb.
Axı onlar kimdir ki, Azərbaycan bayrağını yerə atıb hansısa gədanın azadlığını istəyirlər?
Azərbaycanın bayrağı hər şeydən üstündür - şiəsindən də, sünnisindən də, vəhhabisindən də, ələvisindən də, cəfərisindən də.
Adam başqa cür izah edə bilmir bu mövzunu, söz tapa bilmir”.

Manevr.az

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Dekabr 2024    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
23242526272829
3031 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar