Xəbər lenti
Ərdoğan bu gün Soçiyə gedir: Qarabağ müzakirədə

Manevr.az xəbər verir ki, bu barədə Rusiya-Türkiyə Sosial Forumunun baş katibi və Siyasi Araşdırmalar İnstitutunun baş direktoru Sergey Markov iki liderin görüşündə müzakirə olunacaq məsələləri dəyərləndirərkən deyib.
“İlk növbədə tərəflərin müzakirə edəcəyi mövzu ABŞ və Avropanın tətbiq etdiyi sanksiyalarından birgə yayınma məsələsidir. İkinci taxılla, üçüncü məsələ isə Türkiyənin mümkün Suriya əməliyyatı ilə bağlı ola bilər. Fikrimcə, Rusiya bir tərəfdən Türkiyənin təhlükəsizlik sahəsindəki maraqlarını nəzərə almaq, digər tərəfdən isə Türkiyə Silahlı Qüvvələri ilə Suriya ordusu arasında baş verə biləcək münaqişənin qarşısını almaq üçün Türkiyə ilə bərabər sülhü qorumaqla bağlı müxtəlif variantlar hazırlamaqda maraqlıdır.
Beşincisi, nüvə enerjisi sahəsində əməkdaşlıqdan tutmuş turizmə qədər iqtisadi məsələlər bütün müzakirə olunacaq məqamlara daxil ola bilər”.
Markov iki lider arasında keçiriləcək görüşün bütün dünyaya qarşılıqlı siyasi anlaşma nümunəsi göstərəcəyini bildirib.
Manevr.az
Xəbəri paylaş
Çox oxunanlar
Son yüklənənlər



Axtarış
Reklam

Kriminal
Şou-biznes
Yazarlar
Emil Rasimoğlu
Emil Rasimoğlu
Emil Rasimoğlu
Cahangir NAMAZOV
-Təranə Dəmir
- Sevil Nuriyeva
Emil Rasimoğlu
Sorğu
Portalımızı dəyərləndirin.
Çox oxunanlar