Sizin Reklam Burada
Xəbər lenti
05-02-2025
04-02-2025
BÜTÜN XƏBƏRLƏR

Ermənistanın təxribatlarının səbəbi nədir? - Şərh

Tarix: 03-08-2022 21:20     Baxış: 3342 A- / A+


"Ermənistan 2020-ci ildə 44 günlük müharibədə irimiqyaslı müharibə aparmaq və 10 Noyabr 2020-ci il tarixi reallığını dəyişmək imkanında və gücündə deyil. Bu hərbi-psixoloji və hərbi-texniki analizlərlə öz təsdiqini tapan faktdır".
Manevr.az xəbər verir ki, bunu hərbi-siyasi şərhçi Ramil Məmmədli Qarabağda ermənilərin son təxribatını şərh edərkən bildirib.
Onun sözlərinə görə, Qarabağdakı erməni təxribatının bir neçə səbəbi var.
"Birincisi, Ermənistan 1990-cı illərin əvvəllərində olduğu kimi Şərq-Qərb (Bu gün gedən Rusiya-ABŞ hibrid müharibəsi) savaşından bəhrələnəcəyini düşünür; İkincisi, Ermənistan bu dəfə səhərlər “rus”, axşamlar isə “fransız” olmaqla, Qərbin hərbi dəstəyinə ümid edir; Üçüncüsü, Ermənistan Ukrayna uğrunda gedən müharibə öncəsi Azərbaycanın Rusiya ilə Müttəfiqlik haqqında Bəyannaməsini əsas gətirərək, qərbyönümlü siyasətinin qazancını əldə etmək istəyir. Necə ki, 1990-cı illərin əvvəllərində Azərbaycan qərbyönümlü siyasət yürütdüyü zaman, Ermənistan Kremilin dəhlizlərində Qarabağı qazana bildi; Dördüncüsü, Ermənistan son 1 ildəki kəskin qərbyönümlü siyasəti ilə manipulyasiya edərək, Rusiyanı şantaj edir. Erməni hərbi birləşmələrinin Qarabağda qalmasına, erməni əhalinin hüquqi statusunun əldə olunmasına çalışır".

Bəs Azərbaycanın mövcud vəziyyətdən hansı üstünlük əldə edə bilər? Ekspertə görə, bunlar aşağıdakılardır.
"Rusiyanı razı salmaq lazımdır ki, Cənubi Qafqazda ona qarşı riyakar siyasət yürütməyən yeganə ölkə Azərbaycandır. Bu baxımdan Rusiya bölgədəki Qərb dayaqlarına növbəti dəfə sarsıdacaq zərbə vurması üçün Azərbaycanla birgə hərəkət etməlidir. İkincisi, Azərbaycan Qarabağın Əsgəran şəhəri və Şuşa rayonu bölgəsində hərbi üstünlüyünü tam təmin etməlidir. Nəhayət, Azərbaycan bu hərbi əməliyyatlardan sonra erməni hərbi birləşmələrinin tərkisilah olunması üçün hərbi-siyasi iradəsini kəskin şəkildə ortaya qoymalıdır".
R.Məmmədli hesab edir ki, yuxarıda Azərbaycanla bağlı sadalanan məqamlar Qarabağ probleminin köklü həllinə və Ermənistanın təslimçilik sənədinə imza atması ilə nəticələnəcək./teleqraf.com

Manevr.az

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Fevral 2025    »
BeÇaÇCaCŞB
 12
3456789
10111213141516
17181920212223
2425262728 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar