Sizin Reklam Burada
Xəbər lenti
23-12-2024
22-12-2024
BÜTÜN XƏBƏRLƏR

Əməliyyatın zamanı çatıb:” Sülhməramlılar da Qarabağı tərk etməlidir”

Tarix: 03-08-2022 14:06     Baxış: 4319 A- / A+

Əməliyyatın zamanı çatıb:” Sülhməramlılar da Qarabağı tərk etməlidir”
Rusiya Federasiyası sülhməramlı kontingentinin müvəqqəti yerləşdiyi Azərbaycan ərazisindəki qeyri-qanuni erməni silahlı dəstələrinin üzvləri avqustun 3-ü səhər saatlarında Laçın rayonu istiqamətində yerləşən Azərbaycan Ordusunun bölmələrinin mövqelərini intensiv atəşə tutub. Bu barədə Müdafiə Nazirliyindən məlumat verilib.
Nəticədə müddətli həqiqi hərbi xidmət hərbi qulluqçusu əsgər Kazımov Anar Rüstəm oğlu aldığı güllə yarasından şəhid olub. Müdafiə Nazirliyi bölmələrimiz tərəfindən müvafiq tədbirlər görüldüyünü açıqlayıb. 
Qeyd edək ki, artıq neçənci dəfədir rus sülhməramlılarının müvəqqəti yerləşdiyi ərazilərimizdən bölmələrimizin atəşə tutulması etirazına səbəb olur. Sülhməramlılar öz üzərlərinə götürdükləri öhdəlikləri yerinə yetirmirlər. Əksinə, erməni qanunsuz silahlı birləşmələri onların hərəkətsizliyindən stimul alaraq öz terrorçu əməllərini davam etdirirlər.
Manevr.az-ın xəbərinə görə, Böyük Azərbaycan Partiyasının (BAP) sədri Elşad Musayev Cebhe.info-ya açıqlamasında bildirib ki, faktiki olaraq sülhməramlı adı altında Rusiyanın işğalçı ordusu bizim ərazilərimizdə yerləşib: 

Mövcud reallıqlar daxilində biz bununla razılaşdıq. Bununla bağlı Azərbaycan, Rusiya və Ermənistan dövlət başçları arasında 10 noyabr Bəyannaməsi imzalandı. Ruslar bizim ərazilərimizdəki erməni silahlı dəstələrini çıxaracaqlarına dair öhdəlik götürmüşdülər. Lakin təəssüf ki, bu uzun müddət ərzində nə Rusiya, nə də Ermənistan üzərinə götürdüyü öhdəliklərini yerinə yetirib. İndiyə kimi müxtəlif dövrlərdə ermənilər tərəfindən atəşkəs pozulub, biz şəhid vermişik. Allah şəhidlərimizə rəhmət eləsin, onların qisası alınmalıdır. Düşünürəm ki, Azərbaycanın artıq antiterror əməliyyatı keçirməsinin zamanı çatıb.  Ermənilərlə başa düşdükləri dildə, güc dilində danışmalıyıq”. 
Partiya sədri deyib ki, Azərbaycan Ordusu atəş açılan yeri yerlə-yeksən etməlidir: 
“İlk növbədə atəşin haradan açıldığı və əsgərimizi kimlərin şəhid etdiyi aydınlaşdırılmalıdır. Daha sonra Ordumuz həmin yeri dağıtmalıdır. Azərbaycan Ordusu rusları hesaba almadan həmin ərazilərə hücum etməli və erməni silahlı dəstələrini tam zərərsizləşdirməlidir. Həmçinin, rus sülhməramlılarının vaxtından əvvəl Azərbaycanı tərk etməsi məsələsi də gündəmə gətirilməlidir. Çünki rus sülhməramlıları öz missiyalarını yerinə yetirmirlər. Ona görə də onların missiyasına son qoymaq tələbi qoyulmalıdır”. 

Manevr.az

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Dekabr 2024    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
23242526272829
3031 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar