Sizin Reklam Burada
Xəbər lenti
23-12-2024
22-12-2024
BÜTÜN XƏBƏRLƏR

Ermənilərin sərhəddəki təxribatlarında Rusiya İZİ - "Bomba" İrəvanda PARTLAYACAQ

Tarix: 02-08-2022 13:47     Baxış: 4323 A- / A+

"Ermənistanın yenidən Azərbaycan ərazilərinə qarşı işğal cəhdi mümkünsüzdür". 
Manevr.az xəbər verir ki, bunu Milli.az-a açıqlamasında amerikalı analitik İrina Tsukerman deyib.
O bildirib ki, Rusiya sülhməramlı kontingentinin müvəqqəti nəzarət zonasında ermənilərin törətdikləri silahlı insidentləri Moskvanın və Tehranın təzyiqləri ilə əlaqələndirmək olar:
"Ermənistanın iki səbəbə görə yeni işğala başlaması ehtimalı azdır: birincisi, indi Azərbaycan əraziləri işğaldan azad edildikdən sonra onun ölkəyə daxil olmaq və ya mülki şəxslərə hücum etmək üçün bəhanəsi yoxdur. Çünki ərazilər və orada yaşayan bütün mülki şəxslər indi Azərbaycanın nəzarəti altındadır.
Erməni silahlı qüvvələri tərəfindən dağıdılan şəhərlər dünyaya bəlli oldu. Postkonflikt mərhələsindəki üstünlük regiondakı vəziyyəti böyük mənada həll edir. Azərbaycan bunun da öhdəsindən məharətlə gəlir. Bu səbəbdən də Ermənistana indi İkinci Qarabağ müharibəsindən də az dəstək olunacaq. 
Digər məsələ isə hərbi hazırlığın olmamasıdır ki, bu hələ 2020-ci ilin sentyabrında özünü büruzə verirdi. Lakin 44 günlük müharibə nəticəsində Ermənistan silahlı qüvvələri xeyli itki verərək, canlı qüvvə ilə yanaşı, hərbi texnikası da məhv edildiyindən bu vəziyyət onlarda daha da ağırlaşıb.
Bundan əlavə, sülh səylərinə və Zəngəzur dəhlizinin açılmasına beynəlxalq dəstək getdikcə artır. Bununla belə, indi istər Azərbaycanla dövlət sərhəddi istiqamətində, istərsə də Rusiya sülhməramlı kontingentinin müvəqqəti nəzarət zonasında ermənilərin törətdikləri silahlı insidentləri, təxribatları revanşistlərin, xarici lobbiçilərin, xüsusən də yeni regional dinamika nəticəsində siyasi və iqtisadi cəhətdən əlverişsiz vəziyyətdə olan Rusiya və İranın daxili və xarici təzyiqləri ilə əlaqələndirmək olar.
Heç bir ölkənin tam miqyaslı münaqişə və ya işğal üçün resursları yoxdur. Lakin davamlı sülhə nail olmaq və Zəngəzur dəhlizinin açılması məsələsinin dalana dirənməsi birbaşa davam edən sərhəd problemlərindən qaynaqlanır.
Ermənistan hökuməti daxildə və xaricdə müxtəlif maraqların təzyiqinə məruz qaldığı qədər cəsarətli deyil və bu qüvvələrə qarşı durmaq üçün müstəqil gəlir mənbəyi və ya hərbi gücü yoxdur. Ona görə də sülhməramlı səylər sürətləndirilməli və Avropa İttifaqı bu aktorların müdaxiləsinə qarşı İrəvana daha çox dəstək verməlidir ki, həmin qüvvələrin bu cür təzyiqlər tətbiq etməsini və problemlərin qızışdırılmasını əngəlləyə bilsin. Əks təqdirdə Ermənistan həmin qüvvələrin sifarişləri əsasında təxribat xarakterli hərəkətlərə edəcək.

Manevr.az


Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Dekabr 2024    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
23242526272829
3031 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar