Sizin Reklam Burada
Xəbər lenti
23-12-2024
22-12-2024
BÜTÜN XƏBƏRLƏR

Ordu hazırlıq vəziyyətinə gətirildi: 3-cü Qarabağ müharibəsi başlayır?

Tarix: 30-07-2022 20:38     Baxış: 4312 A- / A+
Ordu hazırlıq vəziyyətinə gətirildi: 3-cü Qarabağ müharibəsi başlayır?
İyulun 30-da Mərkəzi Komanda Məntəqəsində müdafiə naziri general-polkovnik Zakir Həsənovun rəhbərliyi ilə nazir müavinləri, qoşun növləri komandanları, nazirliyin baş idarə, idarə və xidmət rəisləri, eləcə də videobağlantı vasitəsilə azad edilmiş ərazilərdə dislokasiya olunan hərbi birlik və birləşmə komandirlərinin də cəlb olunması ilə xidməti müşavirə keçirilib.
Bu barədə Müdafiə Nazirliyi məlumat yayıb.
Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevin sədrliyi ilə keçirilən cari ilin altı ayının yekunlarına həsr olunan müşavirədə Azərbaycan Ordusuna yüksək qiymət verildiyini diqqətə çatdıran müdafiə naziri dövlətimizin başçısı tərəfindən səsləndirilən fikirlərin Azərbaycan Ordusunun qarşısında qoyulan vacib tapşırıqlar olduğunu bildirib. Azərbaycan-Ermənistan dövlət sərhədindəki, eləcə də Rusiya sülhməramlı kontingentinin müvəqqəti yerləşdiyi Qarabağ iqtisadi zonasındakı əməliyyat şəraitini və mövcud vəziyyəti geniş təhlil edən nazir qarşı tərəfin törədə biləcəyi istənilən təxribatın qarşısının dərhal və qətiyyətlə alınmasına daim hazır olmağı əmr edib.
Döyüş hazırlığı prosesinin altı aylıq yekun nəticələrinə əsasən qoşunlarda yoxlamaların keçiriləcəyi müşavirə iştirakçılarının diqqətinə çatdırılıb.
Maraqlıdır, üçüncü Qarabağ müharibəsi başlayır?
Manevr.az-ın xəbərinə görə, ehtiyatda olan polkovnik, hərbi ekspert Üzeyir Cəfərov Cebhe.info-ya açıqlamasında bildirib ki, bu adi müşavirələrdən biridir:

"Ümumiyyətlə, Müdafiə Nazirliyi hər həftənin sonunda yekun tapşırıqlarını verir. Bu da həmin müşavirələrdən biridir və qeyri-adi nə isə yoxdur. Yəni bu, ajiotaja səbəb olacaq bir vəziyyət deyil. Müdafiə naziri həmişə olduğu kimi Azərbaycan Ordusuna hazır olmağa və düşmənin təxribatlarının qarşısını qətiyyətlə almaq barədə tapşırıq verib. Sözsüz ki, Ordu daim hazırlıqlı vəziyyətdə olmalı və verilən tapşırıqları yerinə yetirmək üçün qabaqlayıcı addımlar atmalıdır. 
Hazırda Azərbaycan Ordusunda plana əsasən qışa hazırlıq işləri aparılır".
Ekspert artıq Orduya çağırışın başa çatdığını da xatırladıb:
"Yəni gənc əsgərlərin Ordu sıralarına çağırışı başa çatır. Növbəti mərhələdə hərbi andiçmə mərasimi keçiriləcək. Nazir bu məsələlərlə bağlı da göstərişlərini verib. Həmçinin, Ordu komandanlarına verilən tapşırıqlarının yüksək səviyyədə yerinə yetirilməsi tapşırılıb".

Manevr.az

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Dekabr 2024    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
23242526272829
3031 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar