Sizin Reklam Burada
Xəbər lenti
23-12-2024
22-12-2024
BÜTÜN XƏBƏRLƏR

Erməni ekspertin Laçın yanğısı: “Qəhrəmanlıq” keçmişimiz...

Tarix: 30-07-2022 15:15     Baxış: 4315 A- / A+



Laçın yoluna alternativ yolun ən qısa müddətdə Azərbaycan tərəfindən hazır olması Laçın şəhərinin 10 noyabr 2020-ci il bəyanatına uyğun olaraq, Ordumuzun nəzarətinə keçəcəyi tarixi yaxınlaşdırır.
Manevr.az xəbər verir ki, 10 noyabr 2020-ci il bəyanatının bir sıra maddələrini pozan, o cümlədən erməni silahlı birliklərinin Azərbaycan ərazisindən dərhal çıxarılması və Zəngəzur yolunun açılması tələblərini gecikdirən Ermənistan bütün vasitələrlə prosesi ləngitməyə və öhdəlikdən imtina etməyə uğursuz cəhd göstərir. Bu cəhdlərdən biri isə yeni Laçın yolunun Ermənistan hissəsinin tikintisinin gecikdirilməsidir.
Buna baxmayaraq, artıq Ermənistan da avqust ayından tikintiyə başlayacağını elan etməyə məcbur oldu. Bu, Laçın şəhərinin ilin sonuna qədər boşalması deməkdir.
Buna qarşı isə Ermənistanda hökumətə bağlı ekspertlərin qızışdırıcı bəyanatları səsləndirilir, eyni zamanda, Laçın yolu üzərində məskunlaşdırılan kəndin erməni əhalisi yaşayış məntəqəsini “boşaltmayacaqlarını” haqda açıqlamaları təşkil edilir.
İranşünas Vardan Voskanyan da Laçınla bağlı çağırış edib və erməni mediası bunu həvəslə paylaşıb.
“Laçın – təkcə yaşayış məntəqəsi deyil, bu, Ermənistanın bir millət və dövlət olaraq düşməni əzməyin, bizim haqqımızda “yazıq və gücsüz” kimi çoxəsrlik stereotipi tapdalaya bilmənin simvollarından biridir.
Laçın - hər gün bizə yaxın keçmişimizin qəhrəmanlığını xatırladan, müstəqillikdən sonrakı dövrün erməni silahının zəfər şöhrətinin son simvollarından biridir. Odur ki, barbarların fikrincə, Ermənistanın təkcə bədənini deyil, ruhunu da kəsib, ondan məhrum olmalıyıq”, - o yazıb.
Ermənilərin işğalçı, qaniçən və uşaq qətliamları ilə zəngin 30 illik “qəhrəmanlıq tarixi” 44 gündə cəhənnəmə vasil oldu. Ancaq Laçın şəhərinin Ordumuzun nəzarətinə keçməsi “erməni qəhrəmanlığı” adlandırdıqları vəhşiliyin, dağıdıcılığın, terrorun müvəqqəti məhvidir.
Yalnız Xankəndi azad olunduqdan sonra bölgədə 200 illik erməni terroruna tamamilə son qoyulmuş olacaq./axar.az

Manevr.az

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Dekabr 2024    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
23242526272829
3031 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar