Xəbər lenti
İran Zəngəzur planını işə salır: hədəf nədi?
İranın Qafanda konsulluq açmaq istəyi bu il reallaşa bilər. Qafan şəhərini meri Gevorq Parsyan bu istiqamətdə işlərin getdiyini açıqlayıb.
Qafanda, ümumiyyətlə Qərbi Zəngəzurda İran vətəndaşlarının yaşamamasına rəğmən, Tehranın konsulluq planının iki mümkün hədəfi var.
Birincisi, iqtisadi məsələlərdir: konsulluq planı Gorus-Qafan yolunun Azərbaycanın suveren ərazisin düşən hissəsində məlum hadisələrdən sonra gündəmə gəldi və İran Qafanda açmaq istədiyi konsulluq üzərindən gələcəkdə yarana biləcək “problemlərə” yerində müdaxilə etmək niyyətindədir;
İkincisi və ən əsas Zəngəzurda mövcudluq məsələsidir: 44 günlük müharibədən sonrakı reallıqlar, xüsusilə dəhliz məsələsi Zəngəzurun qərbini geosiyasi mübarizə coğrafiyalarından birinə çevirib və burada təkcə Bakı-Ankara ikilisinin yox, ABŞ və Rusiyanın da öz maraqları var;
- Vaşinqton bölgəyə Ermənistandakı səfirliyi vasitəsilə təsir etməyə çalışır, qrant layihələri, “erməni abidələrinin” qorunması və digər bu kimi “yumşaq güc” siyasətini tətbiq edir;
- Moskva dəhlizdə “təhlükəsizliyə nəzarət” və Gümrüdəki hərbi kontingentin bir hissəsinin köçürülməsi ilə bölgədəki rıçaqlarını möhkəmləndirir;
- Bakı-Ankara ikilisi Zəngəzur dəhlizinin açılması, eləcə də bölgəyə kapital yatırmaq perspektivi üzərindən hərəkət edir;
Tehran prosesdən geri qalmaq istəmir, konsulluq da Qərbi Zəngəzurda mövcudluq planının bir hissəsidir. Və belə görünür ki, İran bu bölgədə hansısa formada iştirakçı olmadan əl çəkməyəcək. Çünki Zəngəzur təkcə Cənubi Qafqaz yox, həm də Avrasiyadakı geosiyasi planlarda yer alır. Hələ ötən ilin aprelində Zəngəzurun regionda yeni gərginlik ocağı olacağı perspektivindən yazmışdıq
Asif Nərimanlı
Manevr.az
Xəbəri paylaş
Çox oxunanlar
Son yüklənənlər
Axtarış
Reklam
Ədəbiyyat
Kriminal
Yazarlar
Emil Rasimoğlu
Sevinc QƏRİB
KƏRAMƏT
KƏRAMƏT
Emil Rasimoğlu
KƏRAMƏT
Sorğu
Portalımızı dəyərləndirin.
Çox oxunanlar