Xəbər lenti
İrəvandan Qarabağla bağlı TƏHLÜKƏLİ QƏRAR - Vəziyyətin gərginləşəcəyi ...
"Ermənistan tərəfinin "səmimiliyinə" heç vaxt inanmaq lazım deyil. Çünki biz dəfələrlə qarşı tərəfin sözlərinə sadiq qalmadığını müşahidə etmişik".
Manevr.az xəbər verir ki, bunu Milli.Az-a açıqlamasında siyasi şərhçi Ceyhun Əhmədli deyib.
O bildirib ki, Qarabağda nə qədər əlisilahlı erməni varsa, hamısı tərksilah edilməli və buradan çıxarılmalıdır:
"Bizim tələbimiz sadə və birmənalıdır: 10 noyabr tarixli üçtərəfli bəyanatın 4-cü bəndində təsbit olunmuş öhdəlik icra olunmalıdır. Orada aydın şəkildə göstərilib ki, Rusiya sülhməramlılarının yerləşməsinə paralel olaraq bölgədəki erməni silahlı birləşmələri çıxarılmalıdır. Ermənistan tərəfi isə həmin birləşmələri guya "yerli özünümüdafiə qüvvələri" kimi qələmə verməklə manipulyasiya etməyə çalışır.
Son olaraq bir neçə gün əvvəl Ermənistanın Təhlükəsizlik Şurası belə bir bəyanat yaymışdı. Bəyanatın məzmunu belə idi ki, Ermənistan öz silahlı qüvvələrini Qarabağdan çıxaracaq, lakin "özünümüdafiə qüvvələri"nə toxunulmayacaq. Bu, tamamilə absurd və təhlükəli yanaşmadır. Absurddur ona görə ki, üçtərəfli bəyanatın 4-cü bəndində "erməni silahlı birləşmələri" ifadəsindən söhbət gedir. Bu isə o anlama gəlir ki, Qarabağda nə qədər əlisilahlı erməni varsa, hamısı tərksilah edilməli, yaxud da buradan çıxarılmalıdır.
Təhlükəli məqam isə odur ki, Ermənistanın bu cür irrasional addımları onsuzda kövrək olan sülh prosesini sabotaj etməklə vəziyyətin gərginləşməsinə səbəb ola bilər. Qarabağda qanunsuz silahlı birləşmələr varsa, bu, Azərbaycan ordusu üçün legitim hədəf deməkdir. Rəsmi İrəvan öhdəliklərini yerinə yetirməlidir, əks halda dəmir yumruq yenidən qalxa bilər"
Manevr.az
Xəbəri paylaş
Çox oxunanlar
Son yüklənənlər
Axtarış
Reklam
Ədəbiyyat
Kriminal
Yazarlar
Emil Rasimoğlu
Sevinc QƏRİB
KƏRAMƏT
KƏRAMƏT
Emil Rasimoğlu
KƏRAMƏT
Sorğu
Portalımızı dəyərləndirin.
Çox oxunanlar