Xəbər lenti
"Ermənistana son xəbərdarlıq: sentyabrda bu olmasa..." - Açıqlama

Manevr.az xəbər verir ki, bunu teleqraf.com-a Ana Vətən Partiyasının sədri, Milli Məclisin deputatı Fəzail Ağamalı deyib.

“Məhz dövlət başçısının açıqlamasından sonra Ermənistanın Təhlükəsizlik Şurasının katibinin açıqlaması da birmənalı olaraq qəbul edilən və başa düşülən deyil. Hər halda erməni tərəfi sentyabr ayına qədər Qarabağdan onlara aid silahlıların çıxarılmasını həyata keçirəcəklərini açıqlayıb. Bu vaxtı da gözləmək olar. Əgər sentyabra qədər Ermənistan həqiqətən də oradakı silahlı qüvvələrinin qalıqlarını çıxarmayacaqsa, Azərbaycan öz imkanlarından və hüququndan istifadə edib antiterror əməliyyatları icra edəcək. Buna qətiyyən şübhə ola bilməz”.
Millət vəkili hesab edir ki, rus sülhməramlılar da bundan nəticə çıxarmalıdır:
“Eyni Rusiya da Azərbaycanla olan məsələlərə diqqətlə yanaşmalıdır. İsti dənizlərə yeganə çıxış yolu olan Azərbaycanla Rusiya hakimiyyəti beynəlxalq hüquqa və götürülən öhdəliklərə uyğun davranmalıdır. Amma istənilən halda sentyabra qədər Qarabağda hələ də qalmaqda olan erməni silahlıları çıxarılmayacaqsa, Azərbaycanın Komando Qüvvələri bu məsələni həll edəcək.
Manevr.az
Xəbəri paylaş
Çox oxunanlar
Son yüklənənlər



Axtarış
Reklam

Kriminal
Şou-biznes
Yazarlar
Emil Rasimoğlu
Emil Rasimoğlu
Emil Rasimoğlu
Cahangir NAMAZOV
-Təranə Dəmir
- Sevil Nuriyeva
Emil Rasimoğlu
Sorğu
Portalımızı dəyərləndirin.
Çox oxunanlar