Sizin Reklam Burada
Xəbər lenti
24-08-2025
23-08-2025
BÜTÜN XƏBƏRLƏR

“Kəlbəcərdə , Basarkeçərdə, Laçında antiterror əməliyyatları ola bilər”

Tarix: 21-07-2022 17:36     Baxış: 3463 A- / A+
Manevr.az xəbər verir ki, bunu “yeni sabah”a açıqlamasında ehtiyatda olan polkovnik-leytenant Elmar Hüseynov  deyib. Qarabağda baş verən son hadisələri şərh edən hərbiçi bildirib ki, ermənilərin bölgələrdəki təxribatları davam edəcək.
Hərbi ekspertin bildirdiyinə görə, 2 gündür davam edən köç anti-terror əməliyyatlarına mane ola bilməz:
“Köçün başlandığı Ağalı yaşayış məntəqəsi sərhəddən çox kənarda yerləşir. Ona görə də, belə hesab edirəm ki, baş verə biləcək hər hansı antiterror əməliyyatlarına hazırkı köç heç bir maneə törədə bilməz. 
Məsələn, antiterror əməliyyatları Kəlbəcərdə , Basarkeçərdə, Laçında ola bilər, amma Zəngilana yaxın hər hansı ərazidə baş vermə ehtimalı yoxdur. 
Əgər ərazi bütövlüyümüz təhlükəyə düşərsə, sərhəd mühafizə dəstələrimizə qarşı hər hansı əməliyyat keçirilərsə və ya qarşı tərəfdən atəşkəs pozularsa, tərəfimizdən əməliyyat aparıla bilər. 
Bu səbəblərə ermənilər tərəfindən aparıla biləcək hər hansı mühəndis istehkam işləri, düşmənin təyin edilmiş ərazilərində yerdəyişmə edilməsi də daxildir. Bunlardan biri baş verdiyi halda hər hansı formada düşmənə qarşı lazımı cavab veriləcək. Bu silahla da ola bilər, yalın ayaqla da. Ermənilər heç bir halda ərazilərimizdə üstünlük əldə edə bilməz, bilməyəcək də.”

Manevr.az

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Avqust 2025    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
25262728293031
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar