Xəbər lenti
Ermənistanın iki XİN başçısı siyasətdən getdi
Onlar aprelin 2-də keçirilən parlament seçkilərinin nəticələrinə etiraz edirlər.
Ermənistanın iki keçmiş xarici işlər naziri - "İrs" Partiyasının lideri Raffi Ovannisyan və "Həmrəylik" Partiyasının sədri Vardan Oskanyan aprelin 2-də keçirilən parlament seçkilərinin nəticələrindən sonra siyasətdən gediblər.
Manevr.az “Armenian Report”a istinadən bildirir ki, onların təşkilatlarının fəalları keçmiş müdafiə naziri Seyran Ohanyanın başçılığı altında fəaliyyət göstərən təşkilata birləşəcəkləri ehtimal edilir.
Vardan Oskanyanın bu qərarı onun təsis etdiyi "Civilitas" Fondunun və "Civilnet" "on-layn" sisteminin işinə də təsirini göstərəcək.
Hər iki siyasətçi həm də ABŞ vətəndaşlarıdır. Onlar Seyran Ohanyanla birlikdə sonuncu parlament seçkilərinə "ORO" (Ohanyan-Raffi -Oskanyan) seçki bloku adı altında qatılmışdılar. Ancaq onların bloku 7 faizlik seçki həddini keçə bilməyərək, bu siyasi kampaniyada 2,7 faiz səs toplayıb.
Xatırladaq ki, Raffi Ovannisyan 1991-1992-ci ilərdə Ermənistanın xarici işlər naziri işləyib. 2013-cü ildə isə Ermənistan prezidentliyinə namizədliyini irəli sürüb. Vardan Oskanyan isə 1998 - 2008-ci illərdə Ermənistanın xarici işlər naziri olub.
Manevr.az
Xəbəri paylaş
Çox oxunanlar
Son yüklənənlər
Axtarış
Reklam
Yazarlar
Sevinc QƏRİB
KƏRAMƏT
KƏRAMƏT
Emil Rasimoğlu
KƏRAMƏT
Aydın Canıyev
Aydan Ay
Sorğu
Portalımızı dəyərləndirin.
Çox oxunanlar