Sizin Reklam Burada
Xəbər lenti
23-02-2025
22-02-2025
BÜTÜN XƏBƏRLƏR

Partiya sədri: “Ermənistanla Azərbaycan arasında müharibə qaçılmazdır”

Tarix: 16-07-2022 19:14     Baxış: 3375 A- / A+

Partiya sədri: “Ermənistanla Azərbaycan arasında müharibə qaçılmazdır”"Bu ilin altı ayında Azərbaycan-Ermənistan əlaqələrinin normallaşdırılması istiqamətində müəyyən addımlar atılsa da, əfsuslar olsun ki, hələlik real nəticələr yoxdur. Baxmayaraq ki, Vətən müharibəsindən 1 il 8 ay ötüb, ancaq əfsuslar olsun ki, Ermənistan məcburən üzərinə götürdüyü öhdəliklərini hələ də yerinə yetirmir".
Bu fikirləri Prezident İlham Əliyev bu ilin altı ayının yekunlarına həsr olunan müşavirədəki çıxışında bildirib.
Qeyd edək ki, Prezidentin çıxışı açıq aşkar bir mesaj kimi qiymətləndirilir. Dövlət başçısı Ermənistan hakimiyyətinə yenidən xəbərdarlıq edərək, 10 noyabr Bəyanatının bəndlərini icra etməyə çağırıb. Reallıq ondan ibarətdir ki, Ermənistan tərəfi öhdəliklərini yerinə yetirməyəcəyi təqdirdə Ali Baş Komandanın rəhbərliyi ilə qüdrətli Azərbaycan Ordusu növbəti dəfə "Dəmir yumruq" əməliyyatı həyata keçirməyə hazırdır.
Manevr.az-ın xəbərinə görə, Böyük Azərbaycan Partiyasının (BAP) sədri Elşad Musayev cebhe.info-ya açıqlamasında bildirib ki, Azərbaycan Prezidenti İlham Əliyev dünən növbəti dəfə Ermənistana xəbərdarlıq etdi:

"Ermənistan hakimiyyəti imitasiya ilə məşğuldur. Çünki onlar əsaslı sülhə hazır deyillər və Qarabağın Azərbaycanın tərkibində qalmasını istəmirlər. Digər tərəfdən də, götürdükləri öhdəlikləri də yerinə yetirmirlər. Hələ də erməni terror dəstələri Azərbaycanın ərazilərindədir. 
Hansı ki, sülhməramlı adı altında Azərbaycana daxil olan işğalçı ordu da onlara güc verir. 
Düşünürəm ki, Azərbaycan ictimaiyyətindəki rus sülhməramlılarına qarşı olan narazılıq da getdikcə inkişaf edəcək".
Partiya sədri deyib ki, əgər Rusiya erməni terrorçuları ərazilərimizdən çıxarılmasını dəstəkləməsə, Azərbaycan yenidən antiterror əməliyyatları keçirmək məcburiyyətində qalacaq:
"Hesab edirəm ki, Ermənistan və Azərbaycan arasında növbəti müharibə qaçılmazdır. Növbəti mərhələdə yalnız hərbi yolla düşmənləri öz ərazilərimizdən çıxaracağıq. Başqa variant yoxdur.

Manevr.az

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Fevral 2025    »
BeÇaÇCaCŞB
 12
3456789
10111213141516
17181920212223
2425262728 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar