Sizin Reklam Burada
Xəbər lenti
28-04-2024
27-04-2024
BÜTÜN XƏBƏRLƏR

Rusiya, Türkiyə və İran bir araya gəlir - İrəvana HANSI MESAJ VERİLƏCƏK?

Tarix: 14-07-2022 18:20     Baxış: 4291 A- / A+

                                                        
"Tehranda Rəcəb Tayyib Ərdoğan, Vladimir Putinvə İbrahim Rəisi arasında vacib görüş keçiriləcək. Bu görüşün bir sıra mühüm amilləri var".
Manevr.az xəbər verir ki, bunu Milli.Az-a açıqlamasında Sosial Tədqiqatlar Mərkəzinin Daxili siyasətin təhlili departamentinin baş məsləhətçisi, politoloq İlyas Hüseynov deyib.

O bildirib ki, Rusiya, İran və Türkiyə arasında ortaq mövqenin formalaşması Cənubi Qafqaza müsbət töhfə verə bilər:
"Nəzərə almaq lazımdır ki, dünyada qlobal proseslər gedir, iqtisadi sahədə əməkdaşlığın genişləndirilməsinə böyük ehtiyac var, eyni zamanda nəzərə almalıyıq ki, İran, Rusiya və Türkiyə Cənubi Qafqazı əhatə edən böyük dövlətlərdir və 3+3 formatında nəzərdə tutulan iqtisadi inteqrasiya Cənubi Qafqaz dövlətləri olan Ermənistan, Azərbaycan və Gürcüstanla üç güclü regional dövlətin əməkdaşlığını nəzərdə tutur. Buna görə də Tehranda keçirilən görüş Cənubi Qafqaza da birbaşa olaraq təsir edir.
Ermənistan və Azərbaycan arasında sülh gündəliyinə uyğun olaraq proseslər davam edir və burada iqtisadi və nəqliyyat əlaqələrinin bərpa olunması, Ermənistan-Azərbaycan sərhədlərinin delimitasiyası və yekun sülh müqaviləsinin imzalanması ilə bağlı müxtəlif formatlarda danışıqlar davam etdirilir. 
Eyni zamanda biz həm də taxıl dəhlizi ilə bağlı BMT, Ukrayna, Rusiya və Türkiyə arasında görüşün keçirilməsini də qeyd etməliyik. Tehranda keçiriləcək görüş həm də bu görüşlərin məntiqi davamı kimi nəzərdən keçirilə bilər. Çünki ərzaq təhlükəsizliyi, karbohidrogen ehtiyyatlarının nəqli və iqtisadi sahədə dinamikliyin artırılması ilə bağlı bu gün müxtəlif təşəbbüslərə böyük ehtiyac var. 
Rusiya, İran və Türkiyə arasında ortaq mövqenin formalaşması həm Yaxın Şərq regionuna, həm də Cənubi Qafqaza müsbət töhfə verə bilər. Zəngəzur dəhlizinin açılması bir sıra əlamətlərinə görə hər üç dövlətin iqtisadi rifahını da müəyyənləşdirən bir determinatdır. Və burada Azərbaycanın rolu bir qədər də yüksəlir və geostrateji əhəmiyyətimiz beynəlxalq mənzərədə getdikcə artır. Ona görə də xüsusilə Ərdoğan və Putin arasında son illər münasibətlərin formalaşması və inkişaf etməsi bir sıra problemli məsələlərdə yaxınlaşmanı müəyyən edir. 
Rusiya-Türkiyə ortaq monitorinq mərkəzinin Ağdamda fəaliyyət göstərməsi də bu qəbildən olan razılaşmalar sırasındadır. Ona görə də Türkiyə ilə Rusiya arasında da münasibətlərin dərinləşməsi həm də sülhün və təhlükəsizliyin gücləndirilməsinə xidmət edir.
Biz son dövrlər İranın regional münasibətdə müxtəlif təşəbbüslərini görürük və bu xüsusda Cənubi Zəngəzur dəhlizi ilə bağlı işlər də sürətlənir. İstənilən halda regional kommunikasiyaların açılması ilk növbədə region dövlətləri üçün bir sıra xüsusiyyətləri ilə seçilir. Ona görə də məhz nəqliyyat sahəsində infrastrukturun müəyyənləşməsi istiqamətində Tehran görüşü çox məhsuldar ola bilər". 

Manevr.az

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Aprel 2024    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar