Xəbər lenti
“Mən də Qarabağ müharibəsi veteranıyam” – Siyavuş Novruzov

“Bilirsiniz, problemə yanaşmanın müxtəlif formaları var. Bu, bütün müharibələrdən sonra yaranan bir sindromdur. Əfqanıstan, Vyetnam, Çeçenistan, Birinci Qarabağ müharibəsindən sonra da belə hallara rast gəlinib. Yəni bu, ümumi müharibə sindromudur. Müharibə istənilən insan üçün çox çətindir. 18 yaşında bir gənc döyüş zamanı yanında hərbçi dostunu, yoldaşını itirir, qan, yaralı, ölü görür...
Ona görə də bütün bunlar onun psixologiyasına ciddi təsir göstərir və bu hal insan psixologiyasında uzun müddət davam edir. Birinci Qarabağ müharibəsi veteranıyam. Ona görə bu şeyləri çox yaxşı başa düşürəm. Müddət, zaman lazımdır ki, bu hal keçsin. Hər hansı ani bir hadisə qazilərin psixologiyasına ciddi təsir edir.
Bu gün Heydər Əliyev Fondu, ayrı-yarı strukturlar tərəfindən qazilərimizin müalicəsi ilə bağlı kifayət qədər işlər həyata keçirilir. Heydər Əliyev Fondu Türkiyədən psixoloqlar gətirmişdi. 70-ə yaxın psixoloq Azərbaycanda 1 ildən artıq qazilərimiz, onların ailələri, şəhid ailələri ilə bağlı iş apardı. Hesab edirəm, bu, davamlı olmalıdır. Kiminsə laqeydliyi nəticəsində qazilərimizin intihar halları baş verirsə, dərhal bu, aradan qaldırılmalıdır.
Manevr.az
Xəbəri paylaş
Çox oxunanlar
Son yüklənənlər



Axtarış
Reklam

Kriminal
Şou-biznes
Yazarlar
Emil Rasimoğlu
Emil Rasimoğlu
Emil Rasimoğlu
Cahangir NAMAZOV
-Təranə Dəmir
- Sevil Nuriyeva
Emil Rasimoğlu
Sorğu
Portalımızı dəyərləndirin.
Çox oxunanlar